Tərcümə olunmuş heç bir Quran əsl deyil?!


K.Hitçens “Tanrı böyük deyil” kitabında yazır: “Tərcümə olunmuş heç bir Quran əsl deyil. Əsl Quran öz unikal simfoniyası ilə kişi və qadınları göz yaşına boğur. Hər tərcümə yalnız Qu­randakı sözlərin mənası haqqında ümumi fikir söyləmək cəhdidir. Ona görə də bütün müsəlmanlar, doğma dilləri ərəb dili olmayanlar belə, Quranı həmişə ərəbcə oxuyur”.

                      CAVAB:  K.Hitçens demək istəyir ki, tərcümə olunmuş heç bir Quran əsl deyil. Görəsən elə bir tərcümə olunmuş kitab varmı ki, eynilə orijinaldakı kimi olsun?! Belə bir kitab yoxdur. Burada mütləq fərq olmalıdır. Heç bir kitabı olduğu kimi başqa bir dilə tərcümə etmək mümkün deyil. Qeyd edilən irada əsasən, tərcümə edilən Quranların orijinal Quranla fərqini neçə cür təsəvvür etmək mümkündür: birincisi budur ki, ərəbcədəki Quranda qeyd olunan hökmlər tərcümədəki hökmlərlə fərqli olsun. Bu qeyri-mümkündür və heç bir tərcümədə belə şey ola bilməz. Yəni fiqhi hökmlər baxımından tərcümələr orijinalla eynidir.

İkincisi, fərq fiqhi məsələlərdə deyil, möhtəva baxımından olsun. Bu da mümkün deyil, ərəbcədə necədirsə, tərcümədə də möhtəva saxla­nılır. Şübhəsiz, tarixi, əqidəvi hadisələr olduğu kimi tərcümədə nəql edilir. Əlavə şərhlər verilə bilər lakin qeyd edilənlərin əksinin yazılması mümkünsüzdür.

Üçüncüsü, müqəddəslik və ehtiram baxımından fərqli olsun. Məsələn, Quranda qeyd edilən Allahın adları və ümumi sözlər. “Allah dedi” cümləsində “Allah” sözü bütün dillərdə müqəddəsliyini qoruyub saxlayır, amma digər sözlər belə deyil. Ehtiram baxımından desək, tərcümə edilən Quranlara da hörmət qoyulmalı və onlara ehtiramsızlıq edilməməlidir. Yəni ərəbcə Qurana dəstə­mazsız toxunulmadığı kimi, tərcümə edilmiş Qurandakı müqəddəs sözlərə də dəstəmazsız toxunulmamalıdır. Müqəddəs sözlərdən başqa sözlərə fərqli yanaşma, misal üçün dəstəmazsız toxunmaq, problemsizdir. Bu cəhətdən də orjinal Quranın tərcümə olunmuşla fərqlənməsinin bir problemi yoxdur.

Dördüncüsü, fərq dil və sözlərin quruluşu baxımın­dan olsun. Şübhəsiz, ərəbcə Qurandakı sözlər tərcümə olunduqda, tərcümə dilindəki kəlmə və cümlələrlə ifadə olunmalıdır və bu, qaçılmazdır. İndi ateistlər hansı fərqi nəzər­də tutur? Birinci, ikinci fərq mümkünsüzdür. Üçüncü və dördncü də təbiidir.

Ateistlər bütün müsəlmanların Quranı ancaq ərəb­cə oxu­du­ğunu qeyd edirlər. Əslində, həm ərəbcə, həm də ana dillərində oxuyurlar. Ərəb dili fəsahət və bəlağət baxımın­dan zəngin olduğundan onu ərəbcə oxumaq daha üstündür. Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter