“Dünyanın heç bir nöqtəsi bizə digərindən daha müqəddəs deyil. Zəvvarlıq cəfəngiyatı və bəzi müqəddəs inanclar batildir!
Hitçens sonra qeyd edir: “Dünyanın heç bir nöqtəsi bizə digərindən daha müqəddəs deyil. Zəvvarlıq cəfəngiyatı və bəzi müqəddəs divar, mağara, məzar və ya daş uğruna qan tökülməsi kimi dəhşətin yerinə kitabxana zallarında, qalereyalarda tələsmədən gəzməyi, dostumuzla nahar edərkən gözəllik və həqiqət axtarışları barədə düşünməyi daha üstün tuturuq”.
CAVAB: Ateistlərə belə bir sualla müraciət edirik: Sizin ölkəniz, torpağınız, millətiniz və şəxsiyyətinizə aid olan bayraq, Vətən sizin üçün müqəddəs deyilmi? Siz Azərbaycanın bayrağını, torpaq və millətini onun düşməni olan Ermənistanla, erməni milləti və erməni bayrağı ilə müqayisə etdikdə heç bir fərq qoymasanız, onda anlaşılır ki, siz insan kimi yaşayırsınız, amma insanlığınız ölüb. Əgər cavabınız müsbət olsa və bizim bayraq, torpaq və milləti müqəddəs hesab etsəniz, onda bu, kitabda qeyd etdiklərinizlə ziddiyyət təşkil edəcək.
Fərz edək, yaxın dostunuz Vətən uğrunda fədakarlıq göstərib canından keçib; indi bu xalq gedib dostunuzun məzarını ziyarət edir, belə olduqda, millətin dostunuzun fədakarlığını yad etməsini müsbət hal kimi qiymətləndirirsiniz, yoxsa mənfi? Əgər desəniz pisdir, onda belə çıxır ki, siz elə düşmənin ikinci simasısız. Möminlər üçün də bəzi yerlər müqəddəsdir və orada qurban kəsilir, həzrət Muhəmməd Peyğəmbər (s) və İmamların (ə) məzarı ziyarət olunur və onlar yad edilir, Məkkədə qurban kəsilir və s. Bu təfəkkürə sahib ateistlər elə danışır ki, sanki müsəlmanların ümumiyyətlə kitabxanaları yoxdur və ya onlar kitab oxumağı bilmirlər. Halbuki, məsələ tamamilə əksinədir. Ateistlər iddia edir ki, onlar üçün heç bir yer müqəddəs deyil, halbuki onların kitabxanaları daha üstün və müqəddəs saydıqları anlaşılır və sözlərindəki ziddiyyət meydana çıxmış olur. Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.