Din, səbəb olduğu əzablara görə, məsuliyyət daşıyırmı?!


CAVAB:    Yuxarıdakı iradlarla bağlı qeyd etdiyimiz cavablarda bu məsələ aydınlaşdığına görə, bunu qısa şəkildə cavablandıracağıq. Əvvəla, din hansı əzablara səbəb olub? Dinimizin bütün qayda-qanunlarının müəyyən xeyri və məsləhəti vardır. Axı siz nə üçün zorla nəyisə isbat etməyə çalışırsınız? Dinin hansı əmr və qadağasında əzab var? Əgər dinin çəkindirdiyi şeyləri əzab sayırsınızsa, bu məsələlər ateizmdə də var və siz də insanları dini qəbul etməkdən çəkindirirsiniz. Ona görə də, hər hansı bir işdən çəkindirmək əzab sayılmır./Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter