Din - insanları vəhşiliklərə sürükləyir yoxsa insanlığa?!


       Cavab:   Əvvəlki iradın cavabında qeyd edilən izahlarla yanaşı dinin harasında vəhşilik var? Dinin insanı haram qidalardan, ağılı aradan aparan içkilərdən çəkindirməsi vəhşilikdir?! İnsan xəyanətdən, pisliklərdən uzaq olanda bu, vəhşilik sayılır?! Dinin tövsiyələri məgər vəhşilikdir?

Əvvəlki iradın cavabında qeyd etdiyimiz kimi, dinin üç bölməsindən hansı vəhşilikdir? Ateistlərə Allahın ol­ma­masını necə sübut edə bilə­cək­lərini deyəndə, onlar maddə və materiyadan danışır. Halbuki söhbət, maddə və materiyadan, dünyanın varlı­ğın­dan deyil, Allahın varlı­ğın­dan gedir. Ateistlər indiyədək Allahın olmaması haqqında bir dənə də dəlil-sübut gətirə bilməmişlər; elə ki bu məsələ ortaya çıxır, aidiyyətsiz mövzulardan yapı­şırlar.

Yenə də xatırladaq ki, ateistlər xarici qüvvələrin formalaşdırdığı İslamdan danışırlarsa, bunun həqiqi İslamla heç bir əlaqəsi yoxdur. Onların təsvir etdiyi - terrorçu bir dindir, İslam dini isə sülh, əmin-amanlıq dinidir. K.Hitçensin qeyd etdiyi məsələlər dəlilsiz iddi­alara əsaslanır, dəlil-sübutsuz iddiaların da heç bir önəm və dəyəri yoxdur. Hər bir ateist də buna diqqət etməlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter