Fiqhi hökmlərin fəlsəfəsi haqqında sual etmək olarmı?


Verilmiş suala bir neçə nöqtəni qeyd etməklə cavab vermək olar:
 

1.Bütün ilahi hökmlər hansısa məsləhətlər və fəsadları nəzərə almaq üzrədir. Biz qəbul etmirik ki, hansısa şəri hökm səbəsiz ola bilər. Belə ki, heç vaxt hansısa hökm heç bir səbəb olmadan, halal və ya haram və vacib ola bilməz. Həmçinin, hər bir hökmün cəza və mükafatı da vardır. Öz etiqad və əqidələrini tövhid üzrə möhkəmləndirən hər bir fərd öz-özlüyündə yəqinliyi var ki, qanun təyin edən İslamdır. Yəni, Allah-Taala, sonsuz elm və hikmət sahibi olmaqla bərabər mütləq olaraq ehtiyacsızdır. Bu mənada iman sahibi olan heç vaxt şəkk və şübhə etməz ki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vasitəsi ilə bizə çatan bütün İslam hökmləri və göstərişləri heç vaxt məsləhət və fəsadları nəzərə almadan vəhy vasitəsi ilə nazil olmuş olsun. Çünki, Allah-Taalanın elmi və hikməti tələb edir ki, bəndələrində verdiyi qanun və hökmlərdə heç vaxt onların məsləhət və fəsadları nəzəra alınmadan verilmiş olsun. Belə etiqadlı insanlar həmişə Allahın onlara verdiyi göstəriş və hökmlər ardıncadırlar. İlahi hökmlərin hikmətlərinin məlum olub-olmaması onların ruhiyyələrində heç bir mənfi təsir qoymur.

İmam Rza (əleyhissalam) buyurur: “Həqiqətən, belə dərk etmişik ki, Allah-Taalanın bəndələri üçün buyurduğu hər bir halal şeydə onların səlah və faydaları vardır. Əslində bəndələrin ona ehtiyacı var və o hökmdən ehtiyacsız deyillər. Həmçinin, Allah-taalanın bəndələri üçün haram buyurduğu hər bir şeydə bəndələrin əslində ona ehtiyacı yoxdur və bəlkdə əgər bəndə ona tərəf getsə, onun özünün məhv və həlak olmasına səbəb olacaq.”[1]

2. Baxmayaraq ki, insan əqli məhdud olmasına görə bütün ilahi hökmlərin məsləhət və fəsadlardan qorunmaq üçün olan hikmətlərinə agah ola bilməz. Amma, qeyd etmək lazımdır ki, bir çox ayə və rəvayətlərda bəzi əhkamların küllü və cüzi də olsa hikmət və səbəblərinə işarələr olmuşdur. Bəzən isə müxtəlif meyarlar əsasında bəzi hökmlərin fəlsəfəsini də ələ gətirmək olar. Məsələn, İləluş-şəraye kitabında mərhum Şeyx Səduq şəriyət hökmlərinin hikmət və fəlsəfəsi haqqında çox qeydlər gətirmiş və bu mövzda çox rəvayətlər cəm etmişdir.

Nümunə üçün ilahi vacib hökmlərdən ən mühümünün namaz olmasını nəzərə alaraq, namazın  bəzi fəlsəfə və hikmətlərinə işarə edirik. Bilidiymiz kimi Allah-Taala insanı bihudə xəlq etməmiş və insan ilk yaradılışdan ilahi kamala yetişmək arzusunda olur. Buna görə də bu kamala yetişməkdən ötrü müəyyən yol lazımdır. Bu yol, yalnız Allah-Taalaya itaət və bəndəçilik yolu vasitəsi ilə yetişmək olar. O da qəflət müqabilində olan agahlığ, huşyarlıq itaət və ibadətsiz mümükün deyildir. Qəflət, insanı Allaha-yaxınlaşdırmaqdan və kamala yetişməkdən saxlayır və nəfsin islahına mane olur. Necə ki, Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: “Qəflətdə olmaq, insanın ruh və canının zəlalətə düşməsidir və bütün bədbəxtçiliklərin qapısıdır.”[2] Belə bir qəflətin aradan getməsinin ən mühüm yollarından biri insanın beş vaxtda namaz qılmasıdır.[3] Ona görə də namazın nə mühüm təsirlərindən biri insanın ən böyük günahlardan və xoşagəlməz işlərdən uzaq düşməsidir. Quranda oxuyuruq: “(Ya Rəsulum!) Qur’anda sənə vəhy oluna oxu və (vax-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insa) çirkin və pis əməllərdən çəkindirər.”[4]
 

3.Əgər hansısa şəri hökmün bəyanında, Allah-taala onun hikmətinə işarə etməyibsə, bunun özünün hikməti vardır. Məsələn, belə açıqlamanın olmamasının səbəblərindən biri budur ki, Allah-Taala insanda bəndəçilik və Allah-Taalaya qeydsiz şərtsiz tabe olmaq ruhiyyəsini möhkəmlətsin. Əgər kimsə Allah-Taalaya xalis bəndəçilik etmək istayirsə və ilahi kamala yetişmək istəyirsə, məgər sübh namazının nəyə görə iki rəkət olması və ya zöhr namazının nəyə görə dörd rəkət olması onunçün nə qədər mühümdür?!  Namazın neçə rəkət olması onun bəndəçilyinə xələl gətirirmi? Baxmayaraq ki, həmin namazın neçə rəkət olmasının özünün hikməti var amma, bu səbəbin ən böyük hikmətlərindən biri budur ki. Allah-taala insanın bənçəlik ruhunu imtahan edir ki, insan belə imtahanlarla ruhi cəhətdən inkişaf edir və bəndəçiliyi möhkəmlənir. Yəni, insan öz Allahının həkim və hikmət sahibi olmasına qəti yəqinliyi vardır və bilir ki, Allah-Taala heç vaxt bihudə hökm verməz. Mən, Onun müqabilində tam olaraq təslim oluram və bu əməlləri yerinə yetirməklə sübh namazının iki və zöhr namazının dörd  rəkat olmasından asılı olmayaraq, Allaha bəndəçilik edirəm.

4.Sonda bir məsələni də bilmək zəruridir ki, dini hökmlər və qanunlar elə bir nüsxədirlər ki, ilahi peyğəmbərlər və rəhbərlər Allah-Taala tərəfindən bu hökmləri bəşəriyyətin səadət və xoşbəxtliyinə görə və onların hər cəhətdən təmin olunmasına xatir yer üzünə gətirirlər. Əgər bu arada kimsə, bu hökmlərin bəzilərinin fəlsəfə və hikmətinə əli çatmasa, heç də icazə verilmir ki, belə qanunları naqis hesab edib rədd etsinlər. İnsan hər şeyi özünün naqis düşüncəsi və ağlı ilə ölçməli deyildir. Nümunə üçün demək olar ki, əgər bir nəfər xəstə müalicə üçün həkimə müraciət edərsə və həkim ona dərdinə uyuğun dərman yazarsa, xəstə həkimi suala tutmalıdır ki, nəyə görə mənə məhz bu dərmanı yazmısan?! Və ya əgər xəstə həkimin yazdığı dərmanın hikmətindən xəbəri olmasa və o dərmanları istifadə etsə, dərmanların təsiri aradan gedəcək ya öz təsirini xəstədə qoymayacaqmı?

Bəs, bütün bu deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, insan özünün düşüncə və ağlı kəsən dairədə ilahi hökmlərin hikmət və fəlsəfəsindən sual edib maraqlana bilər. Bizim hər bir şeydən sual etməyə haqqımız olan halda, heç də intizarımız olmalı deyil ki, bu naqis bəşər ağlımızla şəriətin bütün hökmlərinin fəlsəfəsindən və  cüziyyatından xəbərdar olmalıyıq. Çünki, bu şəriət hökmləri elə bir mənbədən sərçeşmə alıb ki, bəşərin bütün elm və biliyin onun elm və biliyinin müqabilindən okean müqabilindnə bir damla da hesab olunmur. Ümumiyyətlə, bəşər elminin məlumatlarının bilmədiklərinə nisbətdə müqayisəsində heç olması bütün dünya alimləri tərəfindən tam olaraq etiraf olunmuşdur.

Daha çox məlumat almaq üçün: Şəri hökmlərin fəlsəfi və hikmət mənəbələri” mövzusuna müraciət edin.


[1] Һүрр Амули, Мәһәммәд ибн Һәсән ибн Әли, Вәсаил шиә, ҹ.25; сәһ.51; һәдис-31146; Мүәссисеји Алул-Бејт (әлејһимуссалам), Гум, биринҹи чап, 1409 һ.гәмәри или

[2] АғаҸәмаләддин Хонсари, Шәрһ Ғүрәрүл-һикәм, ҹ.1; сәһ.369; Теһран универистети, биринҹи чап, 1366 шәмси или

[3] Вәсаил шиә, ҹ.4; сәһ.14-15

[4] Әнкәбут сурәси 45 - islamquest.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter