Ayişənin Cəməl döyüşündəki rəftarı Əhzab surəsinin 30-cu ayəsində qeyd olunmuş açıq-aydın günahın nümunəsidirmi?


Əhzab surəsinin 30-cu ayəsində oxuyuruq: "Siz ey Peəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) görsə, onun əza ikiqat olar. Bu, Allah üçün asandır! "

Ərəb dilində fahişə sözü ən pis və çirkin günaha deyilir. İslam Peyğəmğbərini (səlləllahu ələyhi və alihi və səlləm) incitmək, töhmət, qeybət və sair günahlara aid olur.[1] Başqa sözlə desək, bəzi günahlar şəri cəhətdən haram olduğuna görə ona "mikər" deyilir və onun müqabilində məruf kəlməsi durur. Amma, elə günahlar var ki, şəri cəhətdən haram olmağından əlavə, əqli cəhətdən də qəbih sayılır. Fahişə sözü belə günahlara aiddir.[2] Bu sözün şahidi budur ki, Allah-Taala Quranda buyurur: "Həqiqətən, Allah (Qur’anda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohumqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! "[3] – bu ayədə fəhşa kəlməsi ilə münkər sözü ayrı-ayırlıqda işlənmişdir.

Fahişeyi mübəyyinə –sözü aşkar və böyük günah mənasındadır.  Bildiyimiz kimi böyük şəxsiyyətlərdən aşkar günah baş verdikdə onun təsiri və fəsadı daha çox olur.
Bəzi rəvayətlərdə faişeyi-mübəyyinədən məqsəd haqq əheyhinə şəmşirlə çıxmaq və ya İmam Əli (ələyhissalam)  ilə döyüşə çıxmaq kimi təfsir olunur.[4]
Beləliklə, bəzilərinin şiələrə nisbət verdiklərinin əksinə olaraq, heç bir rəvayətdə fahişə sözünün məhşur mənası, Ümmul-möminin Ayişəyə nisbət verilməsi yoxdur. Təkcə rəvayətdə bu məna elam olunub ki, fahişə sözü İmam Əlinin (ələyhissalam)  əleyhinə çıxmaq kimi təfsir olunur və bu da aşkar böyük şəri və əqli günahlardan biri sayılır.  Həmin mövzuda diqqətinizi bir neçə məsələyə cəlb etmək istərdik:

Birinci:  Rəvayətdə qeyd edələn fahişə sözünün "döyüş və müharibə" – kimi təfsir olunması, ayədəki fahişə sözünün ümumi mənalarından bir nümunəsini əks etdirir. Amma ayədə bu sözün mənası ümumidir.

İkinci: Əzabın ikiqat olması hökmü əslində, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zövcələrinə məxsus deyil. Bəlkə hər kəsə Allahın höccəti və dəlili tamam olsa və insan bütün dəlilləri bilə-bilə yenə də günaha düşsə, ikiqat əzab və daha şiddətli əzab ala bilər.[5] Başqa sözlə desək, baxmayaraq ki, qeyd etdiymiz ayədə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zövcələrindən söz gedir ki, əgər Allaha itət etsələr ikiqat savab apararlar və əgər aşkarda günah etsələr ikiqat əzaba düçar oalcaqlar. Amma, bütün bu ikiqat savab və əzabın əslində meyarın insanın ictimai mövqeiyyəti və şəxsiyyəti olduğuna görə bu hökm cəmiyyətdə şəxsiyyəti və xüsusi mövqiyyəti olan hər kəsə sidq edə bilər.

Bu cür şəxsiyyətlər təkcə özlərinə aid deyillər. Bəlkə, onların varlığının iki cəhəti var. Bir cəhəti özlərinə, digər cəhəti isə cəmiyyətə bağlıdır. Onların həyat tərzi və proqramı bütöv bir cəmiyyəti hidayət edər və ya zəlalətə sala bilər. Beləliklə, onların əməl və rəftarlarının iki təsiri var. Birin fərdi, digəri isə ictimaidir. Buna görə də hər bir cəhətin özünəməxsus əzab və mükafatı vardır.[6]  Ona görə də İmam Sadiqdən (ələyhissalam)  rəvayətin birində oxuyuruq, buyurur: "Alimdən bir günah bağışlanınca cahildən yetmiş günah bağışlanacaq."[7]

Son nöqtə: İslam Peybəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zövcələrinin ikiqat əzabının da dəlili ayıdındır. Çünki, vəhy evində və peyğəmbərlik mərkəzində yaşayış edirlər. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə daha yaxından əlaqədə olduqlarına görə onların İslamdan agahlığı digərlərinə adi insanlara nisbət daha çoxdur. Bundan əlavə, başqaları onlara baxır və əməllərini özləri üçün sərməşq qərar verirlər.  Beləliklə, günahları Allah dərgahında daha böyükdür. Çünki, əzab və savabın miqdarı,  insanın mərifət, agahlıq dərəcəsindən və cəmiyyətə olan təsirindən asılıdır.

Onların həm cəmiyyətdə və həm agahlıq cəhətdən səhmiyyələri çox olduğuna görə bu qanuna aiddirlər. Digər cəhətdən, onların pis əxlaqları bir tərəfdən İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) əziyyət verir, digər tərəfdən isə O Həzrətin mövqeiyyətinə zərbə vurur. Bunun özü isə başqa bir günah və əzabı vardır.[8]

Bu bəhsi İmam Səccadın (ələyhissalam)  bir hədisi ilə başa vururuq: Bir nəfər İmamdan soruşur: Siz elə bir ailədənsiniz ki, Allah-Taala Sizi xüsusi bağışlanmaq rəhmətinə aid edib. İmam (ələyhissalam)  qəzəblənir və buyurur: "Biz, Allahın Quranda İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) xəbərdarlıq etdiyi məsələyə daha layiqlik. Sən deyən kimi də deyil. Yəni, Biz də yaxşı işlərimizə görə iki mükafat, əgər bizdən günah baş versə (mt.məsum İmam günah etməz), ikiqat əzab alarıq." Sonra İmam (ələyhissalam)  yuxarıdakı qeyd etdiymiz iki ayəni tilavət elədi.[9]

 


[1] Təbatəbi, Seyyid Məhəmməd Hüseyn,  Əl-Mizan fi təfsiril Quran; c.16; səh.307; Qum, Dəftər intişarat islami nəşriyyatı, beşinci çap, 1417 h. Qəməri ili

[2] Təyyib, Seyyid Əbdul-Hüseyn,  Ətyəbul-bəyan fi təfsiril-Quran, c.10; səh.498; Tehran, İslam nəşriyyatı, 1378 şəmsi ili

[3]  Nəhl surəsi 90

[4] Əli bin İbrahimin təfsirində Məhəmməd ibn Əhməddən nəql olunur: deyir: Məhəmməd ibn Əbdullah ibn Ğalib, Əbdurrəhmandan, ibn Əbi Nəcran, o da Həmmad ibn Hərizdən nəql edir. Deiyr: Əba ƏBdullahdan (əleyhissalam) bu ayə haqqında soruşdum. İmam (əleyhissalama) buyurdu: Fahişə yəni, "qılıncla çıxmaq"; Ərusi Huveyzi, Əbd Əli ibn Cumə, Təfsir Nur Səqəleyn, c.4; səh.268; Qum, İsmailiyyan nəşriyyatı, dördüncü çap, 1415 h. Qəməri, Məhəmməd ibn Abbas nəql edir:  Hüseyn ibn Əhməd bizə nəql edir, Məhəmməd ibn İsadan, o da Yunisdən, o da Kiramdan, o da Məhəməd ibn Müslimdən, o da Əbi Əbdullahdan (əleyhissalam), nəql edii ki İmam (ələyhissalam)  mənə buyurur:" Bilirsən fahişeyi-mübəyyinə ayədə nədir?" Dedim: yox. İmam (ələyhissalam)  buyurdu: "Əmirəl-mömininlə (əleyhissalam) döyüşmək." Yəni, Cəməl əhli. Bəhrani,Seyyid Haşim ibn Süleyman, Əl-Burhan fi təfsiril-Quran; c.4; səh.441; Tehran. Bunyad besət nəşriyyatı, birinci çap, 1374 şəmsi ili.

[5]  Təyyib, Seyyid Əbdul-Hüseyn,  Ətyəbul-bəyan fi təfsiril-Quran, c.10; səh.498; Tehran, İslam nəşriyyatı, 1378 şəmsi ili

[6] Məkarim Şirazi, Nasir, Təfsir Nümunə, c.17; səh.283; Tehran,, Darul-kutubul islamiyyə nəşriyyatı, birinci çap, 1374 şəmsi ili.

[7] Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, c.1; səh.47; Tehran, Darul-kutubul islamiyyə nəşriyyatı, dördüncü çap, 1407 h.qəməri

[8] Məkarim Şirazi, Nasir, Təfsir Nümunə,c.17; səh.284-285; Tehran,, Darul-kutubul islamiyyə nəşriyyatı, birinci çap, 1374 şəmsi ili.

[9] Məclisi,  Məhəmməd Baqir, Biharul-Ənvar, c.22; səh.175; Beyrut, darul ehyau turasi ərəbiyyə nəşriyyatı, ikinci çap. 1403 h. Qəməri ili - islamquest.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter