Şiə və əhli sünnə kitablarında həzrət Zəhra (ə.s) hansı xüsusiyyətləri ilə tanıtdırılır?!
Həzrət Zəhra (ə.s) İslam Peyğəmbəri (s) və Həzrət Xədicənin qızıdır!
Cəmadiul Axər ayının 20-i Besətdən beş il əvvəl dünyaya göz açmışdır.
Həzrət Zəhranın (ə.s) həyat yoldaşı Şiə aləmininb birinci imamı Həzrət ƏLi (ə) və övladları isə İmam Həsən (ə), İmam Hüseyn (ə), Həzrət Zeynəb (ə) və Ümmü Gülsüm olmuşdur.
Həzrət Zəhranın (ə.s) məşhur ləqəbləri: Fatimə - Bətul, Hərrə, Seyyidə, Tahirə, Zəkiyyə, Mərziyyə və Mühəddisə ... olmuşdur. Bu ləqəblərin hər biri O həzrətin üsütün əxlaqi xüsusiyyətlərinə görə verilmişdir.
Həzrət Fatimə (ə) uca məqamlı bir xanımdır ki, onun şəxsiyyəti və fəziləti haqda Qurani kərimin bir neçə ayəsi onun barəsində nazil olmuşdur:
Kövsər surəsi, Təthir ayəsi, Mubahilə ayəsi və Həl Əta surəsində olan ayələr..
Həzrət Peyğəmbər (s) qızı Fatiməyə (ə.s) çox savablı olan təsbih zikri örgətmişdir ki, o zikrlərin savabı haqda məsumlardan çoxsaylı rəvayətlər gəlmişdir. İslam Maarifində peyəmbərin qızına örgətdiyi təsbih "Fatimeyi Zəhranın (ə,s) təsbihi olaraq tanınır.
Həzrət Peyğəmbərdən (s) nəql olunan hədislərdə istər şiə və ya əhli sünnə mənbələrində deyilir: Fatimə ə.s-nin xoşbəxtliyi və narahatçılığı Allah Taala c.c və Onun Rəsulunun s razılığı kiimi tanıtdırılmışdır.
Şiə və Əhli Sünnə mənbələrində Həzrət Zəhranın (ə.s) xüsusiyyətləri:
1-Həzrət Zəhra (ə.s) müştərək həyatında az maddi imkana qane və razı olmuşdur. Və imkanlardan düzgün istifadə etmişdir!
2-Həzrət Zəhra (ə.s) özünün sevdiyi və ehtiyaclı olduğu əşyalardan Allah yolunda imkansız və ehtiyaclılara infaq etmişdir!
3-Həzrət Zəhra (ə.s) Allaha bəndəlikdə ixlaslı və bəndəlik niyyəti ilə ibadət edərdi!
4-Həzrət Zəhra (ə.s) həya və paklıq əxlaqının yayıcısı və təbliğatçısı olmuşdur!
5-Həzrət Zəhra (ə.s) İslam hicab və geyiminin ən gözəl örnəyi və ülgüsü olmuşdur!
6-Həzrət Zəhra (ə.s) Quran və atasından örgəndiyi elmin genişliyinə sahib olaraq müsəlman xanımların sual və şübhələrinə cavab verən olmuşdur!
7-Həzrət Peyğəmbərin (s) rihlətindən sonra haqq tərəfdarı və Vilayət müdafiəçisi olmuşdur. Bu yolda da şəhadət məqamın yetişmişdir!
Qurani Kərim:
Kövsər surəsi 1-3 ayələr,
İnsan surəsi, 8-9 ayələr.