Dünyada möminləri məsxərə edənləri Qiyamət günü hansı rüsvayçılıq gözləyir?!


Növbə sabah möminlərindir -  "Qurani-Kərim”də buyurulur:    "İmanlı şəxsləri dünyada məsxərəyə qoyanlar, təhqiramiz və istehzalı gülüşlərlə onların yanından ötüb keçənlər, göz-qaşla işarə edib rişxənd edənlər və özlərinin bu (çirkin) əməlləri ilə xoşhallanıb qürrələnənlər bilsinlər ki, sabah onlara gülmək üçün növbə möminlərindir.”

 

Aşağıdakı ayələr bu mətnin məzmununu təşkil edir:

• "Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.” («Mutəffifin»-29)

• "(Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.” («Mutəffifin»-30)

• "Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.” («Mutəffifin»-31)

• Onları (möminləri) gördükdə :"Doğrusu, bunlar (haqq yoldan) azanlardır!"- deyirdilər". («Mutəffifin»-32).

• "Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdilər.” («Mutəffifin»-33).

• "Bu gün isə möminlər kafirlərə güləcəklər.” («Mutəffifin»-34).

• "Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər),” («Mutəffifin»-35).

 

Sonra rişxəndlə deyilir:

• "Kafirlər öz əməllərinin cəzasını aldılarmı?!” (Əlbəttə, aldılar!) («Mutəffifin»-36)

Qısası, rişxənd və istehza bir növ eyib tutmaqdır. Başqalarını güldürmək üçün bu günaha batmaq və kimisə təhqir etmək ağılsız, yaramaz bir hərəkətdir. Məsxərə etməklə məşğul olanlar özlərinin bu çirkin əməlindən qürrələnir və bu da onların möminlərə həqarətlə baxmasına səbəb olur. Nəticədə isə, onlar bu əməlləriylə özləri üçün ağır bir əzab hazırlamış olurlar. Bunun nümunəsi yuxarıdakı ayələrdə qeyd olundu.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter