Qeybət günahına bəhanə gətirənlərə İmam Kazim (ə)-ın cavabı nə oldu?!


   Çox zaman qeybətə aludə olanlar öz işlərinə bəhanə gətirmək üçün "filan şəxsin barəsində dediklərimin hamısı onda var”, "necə deyərlər, onun sifətidir, qeybəti deyil”, - deyirlər. Halbuki bu bəhanə günahdan daha pisdir, çünki qeybət nəinki insanda olmayan eyibləri, həm də şəxsin özündə olan eybi izhar etməkdir. Qeybəti pisləyən ayə və rəvayətlər insanlarda olan eyibləri danışmağa aiddir, amma onda olmayan eyibləri danışmaq böhtan, günahı isə qeybətdən də çoxdur.

 

Yeddinci İmam Musa ibn Cəfər(ə) buyurur: "Hər kim bir şəxsin arxasınca onun haqqında hamının bildiyi şeyi danışarsa, bu qeybət deyildir. Hər kim bir şəxsin arxasınca onun haqqında camaatın bilmədiyi şeyi danışarsa, bu, qeybətdir və hər kim bir şəxsin arxasınca onun haqqında olmayan şeyi danışarsa, bu, böhtandır.” 

 

Başqa bir hədisdə İmam Sadiq(ə)-dən belə nəql olunur: "Qardaşın haqda Allahın gizlətdiyi şeyi danışmaq qeybətdir, amma səbirsizlik və tündxasiyyətlilik kimi hamının bildiyini danışmaq qeybət deyildir. Onun haqqında olmayanı demək isə böhtandır.” 

 

Kitabın adı: İslamda əxlaq

Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter