Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında məsumlar nə buyurmuşlar?!
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Dəstəmaz və təyəmmüm alaraq yatağına girən şəxsin savabı məsciddə namaz qılan mö\'minlərin savabı ilə bərabər olar.Bu gözəl sünnəti tərk etməyin və Allah-təalanın razılığını qazanmağa çalışın. Allahı hər zaman yad edin ki, O da sizi yad etsin.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir:
Cünüb halında yatağınıza girməyin. Qüsl və ya dəstəmaz almağa su tapmasanız torpağa təyəmmüm edin. Cünki, mö\'min bir şəxs yatdığı zaman ruhu bədənindən ayrılıb Allah-təalanın dərgahına ucalar. Allah onun ruhunu qəbul edib bərəkətləndirər. Əgər onun əcəli çatarsa Allah-təala onun mübarək ruhunu Öz rəhmət dərgahına daxil edər, yox əgər əcəli çatmasa ona yaxın olan mələklərdən bir neçəsi onun ruhunu bədəninə qaytarar.
Günlərin bir günü müsəlmanlar məclis qurup Peyğəmbər (s)-ı da oraya də\'vət etdilər. Söhbət əsnasında Peyğəmbər (s) onlardan soruşur:
Sizlərdən hansınız bütün günlər oruc tutur, gecələri ibadət edir və səhə.r açıldıqda Qur\'anı bir dəfə xətm edirsiniz? Salman Farsi ayağa qalxıb deyir: Mən ya Rəsulullah! Ömər onun bu sözünü eşidib qəzəblə deyir: Ey müsəlmanlar, yoxsa fars (İran) əhlindən olan bir kəs özünü biz Qürəyşdən üstünmü tutmaq istəyir? Onun sözlərinə qulaq asmayın, söylədiklərinin hamısı yalandır. O bütün günlər nə oruc tutur, nə gecələr oyaq qalır və nə də gündüzlər Qur\'an xətm edir. Peyğəmbər (s) onun dediklərini təmkinlə dinləyib buyurur: Ey Ömər! Salman, Loğman kimidir. Səni maraqlandıran hər nə varsa ondan soruş. O səni cavabsız qoymaz. Ömər, dediklərinin açıqlanmasını istəyir.
Salman deyir: Mənim nəzərdə tutduğum bütün ilin orucu hər aya tutduğum üç günlük orucdur. Allah-təala Özü Qur\'ani-Kərimdə buyurur: Hər kim bir yaxşılıq etsə mən ona etdiyi yaxşılığın on bərabərini verərəm. Bu da (30 günə), yə\'ni bir ildə tutulan oruca bərabərdir. Mən Şə\'ban ayından sonra hamı ilə birlikdə vacib olan Ramazan ayının orucunu tuturam. Bütün gecələri oyaq qalıram dedikdə məqsədim budur ki, gecə yatağıma girməzdən əvvəl dəstəmaz alıram. Bunun da dəlili Peyğəmbər (s)-dan eşitdiyim bu hədisdir ki, orada buyurulur: Hər kim dəstəmazlı halda yatarsa ona bütün gecəni ibadət etmiş şəxsin savabı yazılar.
O ki qaldı Qur\'anı gün ərzində bir dəfə xətm etməyimə, \"İxlas\"surəsini üç dəfə oxumağımdır. Buna da dəlilim Peyğəmbər (s)-dan eşitdiyim hədisdir. Günlərin bir günü O, Əli (ə)-ı yanına çağırıb buyurdu: Ey Əli! Bil ki,\"İxlas\"surəsi Qur\'ana nümunə olduğu kimi, sən də insanlar üçün bir nümunəsən. Bu surəni hər gün bir dəfə oxuyan, sanki Qur\'anın üçdə birini, iki dəfə oxuyan sanki
Qur\'anın üçdə ikisini, üç dəfə oxuyan şəxs isə sanki Qur\'anı bir dəfə xətm etmiş olur. Sənə dili ilə məhəbbət göstərən imanının üçdə birini, dili və qəlbi ilə məhəbbət göstərən imanın üçdə ikisini, dili, qəlbi və əməli ilə məhəbbət göstərən şəxs isə imanını tamamlanmış və onu kamala çatdırmış olar. Ey Əli! And olsun məni haqq olaraq göndərən Allaha! Əgər yer sakinləri səni səma əhli kimi (mələklər kimi) sevsəydi Allah cəhənnəmi yaratmazdı.
Bundan sonra Ömər heç bir söz demədi.
Mənbə:\"Möminlərin zinəti\" kitabı
Müəllif:\"Əllamə Muhamməd Baqir məclisi\"