Heyvanların dilini bilən Hz Suleyman (ə) Bayquşda hansı sualları soruşdu və hansı cavabları eşitdi?!
Bütün heyvanların və quşların dilini bilən Süleyman peyğəmbərlə (ə) bayquş arasında hikmət dolu bu dialoqun yaşandığını rəvayət edirlər.
- Niyə buğda yemirsən?
- Adəm əleyhissalam ona görə cənnətdən çıxarıldığı üçün.
- Niyə su içmirsən?
- Nuh əleyhissalamın qövmü suda boğulduğu üçün.
- Niyə həmişə xarabalıqlarda olursan?
- Xarabalıqlar Allah-təalanın mirasıdır.
- Niyə evlərin üstündə ulayırsan?
- İnsanlara xəbərdarlıq etmək üçün. Bu qədər təhlükə içərisində ikən necə də qəflətdə yatırlar. Belələrinin vay halına!
- Gündüzləri niyə gizlənirsən?
- İnsanlar mənə zərər verə bilər.
- Uladığında nə deyirsən?
- Allahı mədh edir və bunları deyirəm: \"Ey qafillər, çıxacağınız uzun səfər üçün azuqə hazırlayın!”
Mənbə: \"Qırx məclis, min hədis\" kitabı