Hz Əli (ə)-ın məsciddə Əbubəkr və Ömər üçün geniş surətdə dəlil və sübut gətirməsi Fədəkin kimə aid olmasını sübut etdi?!
Bu dəfə Əli (ə) özü məscidə getdi. Əbubəkrin ətrafında oturan Muhacir və Ənsarın yanında Əbubəkrə xitab edərək, buyurdu:
Ey Əbubəkr! Niyə Peyğəmbərin (s) Fatiməyə (s.ə) bağışladığı torpağı ondan aldın? Halbuki, onun numayəndəsi neçə il bundan qabaq orada idi.
Əbubəkr dedi: Fədək müsəlmanların qənimətidir. Əgər ədalətli şahid gətirsə,bu yeri ona verərik, yox əgər gətirməsə,Fatimənin bu yerdə haqqı yoxdur.
Qəsbkar qəzavət hökmlərindən xəbərsizdir! Həzrət Əli (ə) buyurdu: Müsəlmanların barəsində etdiyin hökmü üçün bizim üçün edirsən?
Əbubəkr dedi: Yox.
Əli (ə) buyurdu: Əgər müsəlmanların əlində bir şey olsa və mən onu özüm üçün iddia etsəm, hansımızdan şahid tələb edəcəksən?
Əbubəkr dedi: Səndən şahid istəyərəm.
Əli (ə) buyurdu: Əgər mənim əlimdə bir şey olsa və müsəlmanlar onu özləri üçün iddia etsələr, məndən şahid istəyəcəksən?! Nə üçün Fatimədən şahid istəyirsən? Halbuki, Fədək onun əlində və ixtiyarındadır. Peyğəmbərin (s) həyatında və ondan sonra Fatimə (s.ə) onun maliki olubdur. Niyə müsəlmanlardan şahid istəmirsən?!
Əbubəkr susdu.Ömər dedi: Bu müsəlmanların qənimətidir. Biz sənin kəlamınla müqabilə edə bilmərik. Əgər ədalətli bir şahid gətirsəz, Fədək sizindir. Yox əgər gətirmədiniz, bu diyar müsəlmanların qənimətidir. Sənin və Fatimənin onda haqqı yoxdur!!!
Mənbə: \"Fatimə Zəhra (s.ə) xütbəsi\" kitabı