Əməlin Allah üçün olub-olmamasını bilmək üçün asan test necə edilməlidir?!


Murtəza Nəcəfi nəql edir: “Günlərin birində Əllamə Məclisinin xidmətində idim. O, buyurdu: “Hər nə iş görürsənsə-gör, amma Allah üçün gör. Nə özün üçün və nə də gələcəyin üçün. Hər iş Allah üçün olmalıdır və niyyətin xalis olmalıdır. Kapitalistlər deyirlər ki, özün üçün işlə, kommunistlər deyirlər ki, gələcəyin üçün işlə, ancaq İslam dini buyurur ki, Allah üçün işlə”.

Sonra öz həyatından misal çəkdi.

O alim dedi: “Mən o zaman ki, Nəcəfdə Məsnəvini şərh etməyə başlamışdım, mərifət əhlindən biri mənə buyurdu: “Filankəs, əgər yazdığın bu şey bir gün başqa birinin adı ilə nəşr olunarsa, ya misal üçün desələr ki, filan dağın arxasından tapılmışdır və kimin tərəfindən yazıldığı məlum deyildir – daxilində narazı olarsanmı?

Əgər görsən ki, narazısan – o zaman bu vərəqləri yu və kənara at. Zəhmətin yersiz olmuşdur.

Ancaq görsən ki, sənin üçün fərqi yoxdur və səni narahat etmir – deməli bu işi Allah üçün etmisən”.

Mən də o gündən niyyət etdim ki, bu işi Allah üçün görürəm və əgər başqasının adı ilə nəşr edilərsə, məni narahat etməyəcəkdir”. Allah Təala bizlərə də Onun üçün yaşamağı qismət etsin./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter