Həzrət Əli (ə) Fədək bağının Əhli-Beytə (ə) aid olmasını demişdirmi?!


Qəsbkarların Fədəyin qəsb etməmişdən qabaq Əli (ə)-a sual verməsi:

Əbubəkr və Ömər Fədəyi qəsb etməmişdən qabaq, öz zahiri rəftarlarını tənzimləmək üçün Əli (ə)-ın yanına gəlib, dedilər:
Peyğəmbərdən qalan mülk barəsində nə deyirsən?
Əli (ə) buyurdu: Biz, Peyğəmbərdən qalan mülkə yiyələnməyə daha da layiqiq.
Dedilər: Hətta Xeybərdə olanlara da yiyələnməyə layiqsiz?

Həzrət buyurdu: Bəli, hətta Xeybərdə olanlara da yiyələnməyə layiqiq.
Dedilər: Hətta, Fədəkdə olanlara da?
Həzrət buyurdu: Hətta Fədəkdə olanlara da.
Onlar Əli (ə)-ın bu sözlərini eşitməklə narahat oldular və dedilər:

And olsun Allaha, bizim boynumuzu mişarla doğransa da bu iş baş tutmayacaq!
Onlar, bu sözləri ilə Fədəyi qəsb etmək barəsində öz ciddi qərarlarını açıq surətdə elan etdilər.
Xanım Zəhranın (s.ə) nümayəndəsinin Fədəkdən qovulması və onun qəsbi

Fədək Xanım Zəhra (s.ə) ixtiyarında idi. Əbubəkr və Ömər elan etmədən, qüdrət və zordan istifadə edərək, bir neçə nəfəri Fədəyə göndərdilər. Xanımın Fədək məntəqəsindəki nümayəndəsini iş yerindən qovub, bütün mühasibat dəftərlərini öz ixtiyarını keçirtdilər. Fədəyin gəlirini öz cənglərinə keçirtmək üçün Fədək əhalisini onlarla həmkarlıq etməyə vadar etdilər.

Fərz edək ki, Fədək iki nəfərin arasında olan ixtilaflı bir məsələdir. Belə olan surətdə gərək məhkəmə təşkil olunsun və hər iki nəfər öz dəlil və sübutunu deyəndən sonra,hökm sadir olunsun. Sonra isə bir nəfərin mülkiyyətindən çıxıb o biri nəfərin mülkiyyətinə keçsin. Nəinki elan etmədən zor və qwdrət vasitəsi ilə Xanımım nümayəndəsini oradan qovub, Fədəyi ələ keçirsinlər.

Mənbə: \"Fatimə Zəhra (s.ə) xütbəsi\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter