Salman Farsi var-dövlət əvəzinə Allah-Taaladan (c.c) hansı üç neməti istədi?!
Salman Farsı buyurur: \"Hər vaxt sizlərdən birinin padşaha işi düşsə, onun yaxın adamlarına, qohum-əqrəbasına müraciət edin ki, həmin işi yerinə yetirsin.”
Bu yerdə Həzrəti Salman buyurur: \"İlahi nizamda heç kəsin şərəfi, şərafəti Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm kimi deyildir. Ona və Onun Əhli-beytinə pənah aparın ki, sizin hacətlərinizi yerinə yetirsinlər.
Münafiqlərdən bir neçəsi Salmana irad tutub dedilər ki, sən bu sözü düz deyirsənsə, Allahdan istə səni camaatın içərisində ən varlı şəxslərdən biri etsin. Salman buyurdu: \"Mən Allahdan üç şey istəmişəm. Birincisi budur ki, Allahın zikrini məşğul edən dil əta etsin. İkincisi, Allahın müqabilində xaze olan qəlb əta etsin. Üçüncüsü də budur ki, dünya müsibətlərinə və bədənimə yetən zəhmətlərdə səbrli olum. Mənim Allahdan istədiklərimi Allah mənə əta etdi. Və Allahın mənə əta etdiyi şeylər, dünyanın bütün mülkü və onun içində olanlardan yüz min dəfə əfzəldir.”
Qısaca demək olar ki, məqsəd budur ki, duanın şərtlərindən biri salavat göndərməkdir. Əgər hər hansı bir duanın əvvəli və axırı qəbul olunsa, ortası hökmən qəbul olunar.
Cümə axşamı günü axşam çağından, cümə axşamı gecəsindən cümə günü axşamına qədər məlaikələr yer üzünə nazil olur və salavat göndərən şəxslərin salavatını yazırlar.
Bir nəfər Həzrəti Sadiq əleyhis-salama ərz etdi: mən elə ki, Kəbəyə getdim, o yerdə Peyğəmbər və Ali-Peyğəmbərə salavat göndərməkdən başqa yadıma bir şey düşmədi. Həzrət buyurdu: Oradan çıxan şəxslər içərisində səndən başqa heç kəs savab qazanmamışdır. Yəni, Peyğəmbər və Ali-Peyğəmbərə salavat göndərmək duaların hamısından əfzəldir. Hər kəsin Peyğəmbərə məhəbbəti varsa, bu məhəbbət məhv olub aradan getməz. Əgər o şəxs Cəhənnəmə getsə, rəvayətdə nəql olunub ki, o şəxs Cəhənnəmə gedəndə nə qədər ki, Allahı Peyğəmbərə və Onun Əhli-beytinə and verməyib, Allah onu Cəhənnəmdən xilas etməz.
Duanın şərtlərindən biri də xüzu və sidqi qəlbdir. Duanın başqa qaydalarından biri də budur ki, insan öz qəlbini xaşe, zəlil etsin, öz qəlbinin sınıqlığı üçün lazım olan vasitələri, şərtləri hazırlasın. Əgər qəlb xaşe olsa dua müstəcəb olunar. Hətta buyurulur ki, qəbirstanlığa get və ölülərlə danış ki, bəlkə sənin halın dəyişildi.
Həmçinin qəlbinin iqbalı da duanın mühüm şərtlərindən biridir. İqbalın mənası budur ki, hər hansı bir mətləbi Allahdan sidqi qəlb ilə, təkcə dillə deyil, sidqi qəlblə istəsin. Çünki, dil qəlbin mültəzimidir. Əgər həqiqi insan su istəyirsə, onun üçün su gətirirlər. Amma, adi adam nə qədər su deyə fəryad etsə də heç kəs ona cavab vermir. Həmçinin duada da qəlb işə düşməlidir. Məsələn, həyatı və yaxud evi təhlükəyə düşən insan necə kömək istəyirsə, yaxud tufanlı dəryada gəmiyə minən bir kəs necə Allahı çağırırsa və həmçinin ölüm fikrində olan bir adam ölümün axırıncı dəqiqələrində səmimi qəlbdən necə dua edirsə və yaxud Allahı çağırırsa, o cür duada çağırmaq lazımdır.
Əmirəl-Möminin Əliyyibni Əbitalib əleyhis-salam buyurur: \"Allah-Taala qafil olan qəlbdən gələn duanı qəbul etməz.”
Başqa bir hədisdə gəlibdir ki, Həzrəti İsa əleyhis-salama nida yetişdi ki, bizi yalnız ağlayıb ahü-zar etdiyin halda çağır. \"Şərifi Kafi” kitabında Əmirəl-Möminin Əliyyibni Əbitalib əleyhis-salamdan bir hədisdə nəql olunubdur ki, buyurur: \"Elə ki, sizlərdən bir nəfər ölü üçün dua etsə, gərək ciddi dua etsin. Və qafil, qəflətdə olan qəlb ilə dua etməsin.”
Məsələn, camaat arasında adi hal olan hüzür mərasimində mərhum üçün edilən quru duaların yazıq meyyit üçün həqiqi nəticəsi yoxdur. Mərhum Məclisi buyurur: \"Bu cür qaydalar camaat arasında yayıldığından, İmam əleyhis-salam buyurur: \"Bu cür təriflərin meyyit üçün heç bir səmərəsi yoxdur. Bəli, əgər oturub ananın Bərzəx aləmindəki giriftarlıqlarını fikirləşsən, səmimi qəlbdən duanın bütün şərtləri ilə birlikdə onun üçün Allahdan bağışlanma tələb etsən, Allah da Bərzəx aləmində onun üçün rahatlıq bəxş edər.”
Kitabın adı: Quran və qiyamət
Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb