Allah Taala (c.c) Hz Adəmə (ə) buyurdu: İşlər dörd şeyə qayıdır!


İşlər dörd şeyə qayıdır
Allah tərəfindən bəşərin atası Adəm əleyhis-salama vəhy oldu: Bütün mətləblər, xeyr işlər dörd kəlmədə yerləşibdir. Adəm əleyhis-salam ərz etdi: O dörd şey nədir? Allah-Taala buyurdu: Biri Mənə aiddir, biri sənə aiddir, biri sən ilə xalqa aiddir, o biri isə Mənimlə sənə aiddir.

Birinci, Mənə aid olan şey budur ki, Mənə ibadət edəsən, Mənim üçün şərik qərar verməyəsən. İkinci, sənə aid olan şey budur ki, ehtiyacın olan şeyi sənə verəcəyəm. Üçüncüsü, səninlə xalqa aid olan şey budur ki, necə ki, ürəyin istəyir xalq səninlə rəftar etsin, eləcə də sən xalqla rəftar et! Dördüncüsü, mənimlə sənə aid olan şey budur ki, sən gərək dua edəsən mən də qəbul edim. Gəda yalvarmaq bacarmırsa ev sahibinin günahı nədir? Allahdan başqa hər bir şeyi ürəkdən çıxartmaq duanın şərtidir.


Allahdan qeyrisindən ümidi kəsmək duanın şərtindəndir
Duanın qəbul olmasının ən mühüm şərtlərindən biri dua edən zaman Allahdan başqa hər şeyi yaddan çıxartmaqdır. Gərək ürəyini Allahdan başqa heç kəsə bağlamayasan. Bu ən mühüm şərtdir. Az olur ki, Allahı hazır bilə, başqalarını aciz. Əgər yalnız Allahı öz nəzərində tutsa duası qəbul olacaq. Elə buna görə də bir nəfər Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən Allahın ismi-ə”zəmini öyrənməyi istədi. Həzrət buyurdu: \"Ürəyini Allahdan başqa hər bir şeydən boşalt və de!”

Mənbə: \"Quran və qiyamət\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter