İmam Sadiq (ə) Yağış yağmasının fayda və hikmətləri haqda Səhabəsi Mufəzzələ nə buyurdu?!


İmam Sadiq (ə): Ey Müfəzzəl! Yağışın yağmasının hikməti haqda təfəkkür et. Məsləhət belə olmuşdur ki, yağış hündürlükdən yerə tökülsün ki, uca və hündür nöqtələr lazımı qədər suvarsın. Əgər yağış aşağıdan yağsaydı, bəzi hündür yerlərə yetişməzdi. Nəhayət tarlaların sayı azalardı.

Yağışın yağmağı ilə torpaq dirilir, geniş çöllər və dağların ətəyi çəmənliyə çevrilir,həm də bu yolla su daşımaq insanların boynundan götürülür.

Həmçinin belə məsləhət görülmüşdür ki, yağış damla-damla və yavaş-yavaş yağsın və bu yolla torpağı suvarsın. Əgər yağış surətlə yağsaydı tarlalar məhv olardı. Bəs onun tədricən yağmağı torpaqda olan toxumların göyərməsi və onların canlanması üçün əlverişlidir.

Yağışın başqa faydaları da vardır,məsələn: Yağış torpağı yumşaldır,havanı saf və təmiz edir,vəbanı aradan aparır, ağacların və bitkilərin bəlası adlanan \"Yarğanı” məhv edir.

Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir. (İbrahim, 32)

(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş! (Şura, 28)

Mənbə: \"1001 şəfa\" kitabı/ehliwie-samux


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter