Hz Peyğəmbər (s) və İmam Sadiq (ə) duaların qəbul olunmamasını necə izah edirlər?!


- Həzrət Peyğəmbər (s) buyurur: \"Hər bir müsəlman dua edib Allahı çağırsa, əlbəttə yaxınlarla (qohum-əqrəba ilə) əlaqəni kəsmək və gümandan başqa (hallarda) bu üç nemətdən biri ona veriləcəkdir.
1-(Allah-təala) onun duasını (istəyini) tezliklə həyata keçirər. 2-Onun (hacətini) Axirət zəxirəsi qərar verər. 3-Pis hadisəni ondan uzaqlaşdırar.

- İmam Cəfər Sadiq (ə) buyurur: \"Şübhəsiz mömin bəndə bir hacət haqqında öz Allahını çağırıb dua edərsə,
Allah təala öz mələklərinə buyurar: \"Onun hacətini gecikdirin. Çünki Mən onun səsini eşitməyi sevirəm.\"

Qiyamət günündə isə Allah təala o bəndəyə buyuracaqdır: \"Ey Mənim bəndəm! Sən dua etdin, Mən isə sənin hacətini müəyyən bir müddətədək təxirə saldım. İndi hacətinin gec həyata keçnəsinin əvəzi belə olacaqdır. Filan hacət üçün etdiyin duanı da gec qəbul etdim. İndi isə duanın gec qəbul olduğu üçün sənə çoxlu savablar verəcəyəm.\"

İmam Cəfər Sadiq (ə) buyurar: \"Mömin onun yaxşı nəticələndiyini görcək arzu edəcəkdir ki, ey kaş,dünyada dualarımdan heç biri qəbul olunmayaydı.\"


İmam Əli (ə) buyurub:
\"Dua möminin bəlalar qarşısında qalxanıdır. Bir evin qapısını çox döysən, nəticədə (evin qapısı) üzünə açılacaqdır. Allah- təala öz bəndələrinin ondan xaiş etməsini sevir və Qiyamət günündə onların duasının savabını sair (yaxşı) əməllərinin (savabı) kimi verəcəkdir.\" (Vəsailuş-şiə)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter