Hansı saleh əməllərin nəticəsi insanı qəbirdə qoruyar?! İmam Sadiqin (ə) hədisi


Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurur: “O zaman ki, möminin cənazəsini qəbrin ortasına qoyarlar, onunla birlikdə qəbrə 6 gözəl sima daxil olar.
Onlardan biri sağ tərəfində dayanar. Biri sol tərəfində dayanar. Üçüncüsü üzü ilə üzbəüz dayanar. Dördüncüsü başının arxasında dayanar.

Beşincisi ayaqlarının yanında dayanar. Onlardan altıncısı ki, hamısından daha gözəldir – başının üstündə dayanar. Bu yolla qəbir sahibini qoruyarlar.

O sima ki, hamısından daha gözəldir, qalan beş simadan soruşar: “Siz kimsiniz? Allah sizə xeyir versin”.
O sima ki, meyitin sağ tərəfində olar – deyər ki, “mən – namazam”.
O sima ki, sol tərəfində olar – deyər ki, “mən – zəkatam”.

O sima ki, onunla üzbəüz olar – deyər ki, “mən – orucam”.
O sima ki, başının arxasında olar – deyər ki, “mən – həcc və ümrəyəm”.
O sima ki, ayaqlarının yanında olar – deyər ki, “mən – din qardaşlarına etdiyi yaxşılığam”.

Sonra o beş sima həmin simadan soruşarlar ki, “sən kimsən ki, bizim hamımızdan daha gözəl və daha ətirlisən?”.
Həmin sima deyər: “Mən – Ali-Muhəmməd (ə) vilayətiyəm””.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter