Hz Peyğəmbər (s) İmam Sadiq (ə) göz dəyməyə qarşı hansı tapşırığı verirlər?!
Hz Peyğəmbər (s) və İmam Sadiq (ə) göz dəyməyə qarşı hansı əməli tapşırırlar?!
Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi həqiqətdir. (Göz dəyməsi) kişini qəbirdə və dəvəni qazanda qərar verər”.
İmam Rza (ə) buyurur: “Nə zaman sənə göz dəysə, əllərini üzünün qarşısında qərar ver və sonra “Həmd” (“Fatihə”), “Tövhid” (“İxlas”), “Nas” və “Fələq” surələrini oxu. Hər iki əlini üzünə çək. Allah səni onun ziyanından qoruyar”.
İmam Əli (ə) buyurur: “Sehr və göz dəyməsi həqiqətdir”.
İmam Sadiq (ə) buyurur: “Əgər sizlərdən kimsə qardaşındakı nəyəsə təəccüb edərsə, 3 dəfə desin: “Maşəallah lə həvlə və lə quvvətə illə billahil-aliyyil-azim”.
Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən kimsə özündə, ya malında, ya qardaşında maraqlı şey görərsə, onun bərəkətli olması üçün dua etsin. Çünki göz dəyməsi həqiqətdir”.
Nəql edilir ki, bir gün Həzrət Peyğəmbər (s) Bəqi qəbiristanlığının yanından keçirdi və o, buyurur: “Allaha and olsun ki, bu qəbiristan əhlinin əksər hissəsi göz dəyməsinə görə burada yatırlar”.
İmam Sadiq (ə) buyurur: “Hər kimin müsəlman qardaşının üzündən və təbiətindən xoşu gələr – Allahı yada salsın. Çünki o zaman ki, Allahı yada salar, mömin qardaşına ziyan dəyməz”.
Beləliklə, göz dəyməsi var və hamıya aiddir. Odur ki, zikrlər deməklə, Qurani-Kərimin surələrini oxumaqla kiməsə ziyan vurmağı və özünə ziyan dəyməsini dəf etmək lazımdır.