Məsumların hədislərində Həmişə dəstəmazlı olmağın bərəkətləri hansı nələr buyurulmuşdur?!
Həmişə dəstəmazlı olmaq – elə bir İlahi tövfiqdir ki, ardınca çoxlu xeyirlər gətirər. Bu xeyirlər ilə tanış olaq:
1. Bütün bədənin pak olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmaz alan zaman Allahın zikrini deyərsə, bütün bədəni pak olar”.
2. Günahları yuyular. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, namazqılan dəstəmaz alar, ardınca təsirləri və bərəkətləri olar. O zaman ki, üzünü yuyar – günahın təsirləri üzündən gedər. O zaman ki, əllərini yuyar – əli vasitəsilə etdiyi günahlar aradan gedər. O zaman ki, başına məsh çəkər – başı vasitəsilə yerinə yetirdiyi günahlar məhv olar. O zaman ki, ayaqlarına məsh çəkər – ayaqları vasitəsilə etdiyi günahlar aradan gedər”.
3. Duası yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Mən təəccüb edirəm o kəsə ki, hacət və iş ardınca olar, dəstəmazlı olduğu halda hacəti yerinə yetməz”.
4. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: “O kəs ki, evinin bərəkət və xeyirini artırmaq istəyir – yemək yeyən zaman dəstəmaz alsın”.
5. Diqqəti çoxalar. Mütaliə etməzdən əvvəl dəstəmaz almaq, insanın diqqətini artırar.
6. Ömrü uzanar. Həzrət Peyğəmbər (s) buyurur: “Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzatsın”.
7. Yatağı məscid olar. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatarsa yatağı onun üçün məscid olar”.
8. Dəstəmazlı halda ölən – şəhid sayılır. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər gecə və gündüz dəstəmazlı olmağı bacarırsansa, bu işi gör. Çünki əgər dəstəmazlı halda ölərsənsə, şəhid olacaqsan”.