İnsanın yanında neçə mələk olur?


İmam Əli (ə) buyurur: \"İnsan üçün qarşısında və arxasında məmurlar vardır ki, onu Allahın əmri ilə hifz edərlər”.

Mələklər insanlar üçün bir qoruyucu məmurlardır. Kəəb deyir: \"Əgər Allah sizə mələklər təyin etməsəydi, pərilər sizi yeyəcəklərdə, içəcəklərdə rahat buraxmazdılar”. Peyğəmbərimiz (s) buyurardı: \"İnsanla bir yerdə bir neçə mələk vardır”. Həzrət (s) buyurur: \"Biri sağ tərəfdə olan nazir mələkdir, əgər yaxşı iş görsən onun on qatını yazarlar. Əgər pis iş görsən, sol tərəfində olan mələk sağ tərəfdəkinə deyər: \"Yazımmı?” Deyir: \"Yox, ola bilsin ki, tövbə etsin”. Üç dəfə deyəndən sonra deyər: \"İndi yaz. Allah bizi ondan rahat etsin, necə də pis yoldaşdır. Allahdan necə də az xəcalət çəkir”.

\"İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur”. (\"Rəd” 11).

\"İnsanın qarşısında və arxasında məmur mələklər olur. Əgər Allaha görə təvazö edərsənsə, zəmamət mələyi sizi yuxarı qaldırar. Əgər təkəbbür etsən, səni əzər. Dodaqlarında iki mələk vardır, namazını saxlayarlar. Ağzının içində mələk vardır ki, ilan ağzına girməsin. Gözünün qarşısında mələklər vardır və onlar gündüz üçün on mələk və axşam üçün də on mələkdirlər. Ümumi 20 mələkdir”.

Əllamə Məclisi buyurur: Əgər desələr ki, bu mələklərin insan üçün nə faydası vardır. Bunları demək olar:

1. Şeytan insanı şərə tərəf çəkər, ancaq bu mələklər insanları xeyrə tərəf cəlb edərlər.

2. Mücahid deyir: Elə bir Allah bəndəsi yoxdur ki, ona pərilərdən, insanlardan və heyvanlardan qorunmaları üçün mələklər təyin edilməsin.

3. Əgər insan bilsə ki, mələklər onun əməllərini qeyd edirlər, günah işlətməz və Allahdan həya edər.


İmam Əli (ə) buyurur: \"Mələklər vardır ki, kafirlərin canını çətinliklə bədənlərindən çıxardarlar. Mələklər vardır ki, möminlərin canını rahatlıqla bədənlərindən çıxardarlar. Sonra onları buraxarlar ki, rahatlansınlar. Sanki suda üzmüş kimidir”.

İmam Əli (ə) mələklər haqqında buyurur: \"Onları yaratdın və səmalarında yer verdin. Nə yorulurlar, nə qəflətdədirlər və nə də günah işlədirlər. Hamıdan ağıllıdırlar, Səndən qorxurlar. Sənə yaxındırlar. Nə yuxuları vardır, nə də huşdan gedirlər. Onlar nə atadan və nə də anadan doğulublar. Onları bir dəfəyə yaratmısan və səmalarında onlara yer vermisən. Pənahında onları dəyərli saymısan və Öz vəhyinin əmini etmisən. Hər bir bəladan uzaq tutmusan. Hər bir günahdan pakdırlar. Ancaq dərgahında olan bu qədər şənə baxmayaraq, işlərini çox az hesab edərlər. Bilirlər ki, pərəstişinin haqqını verə bilmirlər. Yaratdıqlarını imtahan etməyin necə də gözəldir”.

İmam Sadiqdən (ə) belə bir hədis vardır: \"Hər kim xəstə bir müsəlmanı ziyarət edərsə, Allah həmişəlik onun üçün 70 min mələyi təyin edər ki, yükünü azaltsınlar. Qiyamətə qədər təsbih və təkbir desinlər. Namazlarının yarısı xəstəni ziyarət edən üçündür”.

Əbu Qurrə deyir: \"Eşitmişəm ki, İmam Sadiq (ə) buyurur: \"Hər kim mömin qardaşını xəstəlikdə və sağlamlıqda ziyarət edər, hiylə işlətməyərək, əvəzini istəmədən, Allah ona 70 min mələyi təyin edər ki, ardınca fəryad çəksinlər: Paklıq və behişt sənə mübarək olsun. Siz Allahın zəvvarlarısınız və Rəhmanın qonaqlarısınız”. Yəsir Həzrətə (ə) deyir: \"Qurbanın olum, yol uzaq olsa belə?” Buyurdu: \"Bəli, ey Yəsir. Hətta əgər bir il olsa belə”. İmam (ə) buyurur: \"Hər kim isti havada oruc tutar və çox susuzlayar, Allah ona min mələyi təyin edər ki, əllərini üzünə çəksinlər. Ona behişti və Həzrət Rəhimin rəhmətini müjdə versinlər”.

Mələklər təbiət aləminin bir üzvü deyildir, onlar tamamilə başqa cinsdən xəlq edilmişdilər. Onların cismi bizim bədənimiz kimi deyildir, lətifdir və gözə görünmür. Həm də çox yüngüldür. Onlar ölçü baxımından müxtəlifdirlər. Ən kiçikləri kiçik həşərat boyda və ən böyükləri ərşi belində gəzdirəcək qədər iridirlər. Bütün bu biliklər hədislərə və Quran ayələrinə əsasən əldə edilmişdir. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter