İslam və müsəlmanlığın dərəcələri hansı 4 qismə bölünür?!


İslamın dərəcələri:

Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək; istər qəlbən qəbul etsin, istərsə də etməsin.

İkinci dərəcə: İnsan öz qəlbində Allah-taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib, baş əyir. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bə`zən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. \"Zuxruf” surəsinin 69-cu, \"Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.

Üçüncü dərəcə: İnsan qəlbində Allah-taalanın əmr və qadağalarını incəliklərinə qədər qəbul edir və Ona təslim olur. Bu dərəcədə insan canla-başla Allaha təslim olur və elə itaət edir ki, sanki Onu görür; əgər özü Onu görmürsədə, elə hiss edir ki, Allah onu görür. İnsani keyfiyyətlərə və səciyyəvi xüsusiyyətlərə malik olmaq, baş əymək, razı qalmaq, zahid və təqvalı olmaq... bu dərəcənin tələb etdiyi sifətlərdəndir.

Dördüncü dərəcə: İnsan öz vücudunu tam mə`nada Allahın ixtiyarına verir. Bu dərəcəyə yalnız ilahi övliyalar malik ola bilər. Bə`zi alimlər İslamın bu dərəcəsini \"böyük İslam” adlandırmışlar./Mənbə: \"Tövhid və İlahi ədalət mövzusunda suallar və cavablar\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter