Qurani-Kərimin (ə) ayələrinə əsasən Elm imanın kamilliyində nə belə təsiri vardır?!


Elm imanın tamamlayıcısıdır! Elm bir çox hallarda imanın müqəddiməsi və tamamlayıcısıdır. Buna görə də \"Qurani-Kərim”də elm təriflənmiş və adı imanla yanaşı çəkilmişdir:
\"Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın\" («Mücadələ»-11)

Bu mərhələləri tamamlamaqla məlum olur ki, elm və iman iki ifadədən əmələ gəlmişdir. Əgər iman eşq və ürfan ifadəsindəndir desək, doğru söyləmiş olarıq. Buna görə də

«Kümeyl» duasında oxuyuruq: \"İlahi! Məni əfv et. Ey mənim Mövlam, ey mənim Rəbbim, Sənin əzabına səbir edərəm, amma fəraqına necə səbir edim?\"
Bu aşiqin məşuqu ilə münacatıdır. Buna görə də harada imandan söz açılırsa, məhəbbət və eşq məsələsi də ortaya çıxır.


Allah-təala iman əhlini vəsf edərək buyurur:
\"Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar deyirlər: \"Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerdə yaz.\" («Maidə»-83)

İman mayasız və özülsüz olsa da, məhəbbət və eşqlə doludur. Hətta bütpərəstlər öz bütlərinə məhəbbət bəsləyərək onlara təzim, sitayiş və ibadət edirdilər. \"Qurani-Kərim”də bu barədə buyurulur:

\"İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır, halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.\" («Bəqərə»-165)

Mənbə: \"İslamda əxlaq\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter