Fədəkin ƏHli-Beytə (ə) qayıtmasında İslam tarixində Xəlifələr hansı siyasətləri yürütmüşlər?!
Fədək Əhli-beytə (ə) necə qayıtdı?
Fədək tarixi İslam tarixinin maraqlı səhifələrindən biridir.Xəlifələrin hər biri bu ərazi haqqında xüsusi siyasət yürüdürdü; biri alır,digəri geri qaytarırdı.Çəkçevir o qədər davam etdi ki,sonda həmin ərazi tamamilə viran oldu.Bu kiçik kəndin başı üzərində cərəyan etmiş olayları bilmək istəyirsinizsə,aşağidakilara diqqət etmək kifayətdir;
1.Bildiyimiz kimi, Fədək,Xeybərin süqutundan sonra razilaşma ilə yəhudilərdən Peygəmbərin (s) ixtiyarına keçdi və Quranın \"Müsəlmanların əlinə döyüş aparmadan çatan bütün mallar Rəsuli-əkrəmin (s) haqqıdır və bu mallar müharibə qənimətləri kimi bölüşdürülmür.\" ayəsinin hökmü ilə bu ərazinin külli-ixtiyarı Peyğəmbərin (s) əlindəydi.
2.İslam tarixinin mötəbər sənədlərinə əsasən, Peyğəmbər (s) hələ həyatdaykən onu \"Qohumlarının haqqıni ödə!\" ayəsinin hökmünə uyğun olaraq əziz qızına (s.ə) bağışlamış və bu ərazinin ixtiyarı xanim Zəhraya (s.ə) keçmişdir.
3.Birinci xəlifə əbu bəkrin dövründə bu abad ərazi qəsb edilərək,hökumətin ixtiyarına verildi.Hakimiyyətdəkilər qəribə bir inadkarlıqla bu ərazini öz əllərində saxəamaq üçün çalışırdılar.
4.Bu vəziyyət ömər ibn əbdül-əzizin- Peyğəmbər (s) ailəsinə mülayim rəftar ilə seçilən bu əməvi xəlifəsinin hakimiyyəti zamanına qədər davam etdi.Bu xəlifə özünün Mədinədəki məmuru ömər ibn huzmə məktub yazdi;
\"Fədəyi Fatimə (s.ə) övladlarına qaytar!\"
Mədinənin icra nümayəndəsi cavab yazdı; \"Fatimə övladları çoxdurlar və müxtəlif tayfalarla ailə həyati qurublar. Hansına verim?\"
ömər ibn əbdül-əziz qəzəblənərək ona sərt bir məktub yazdı; \"Mən sənə məktub yazıb bir qoyun kəsməyini əmr etsəm, dərhal cavabinda yazacaqsan ki,buynuzlu olsun ya buynuzsuz?! Yazsam ki, bir inək kəs, soruşacaqsan ki, rəngi necə olsun?! Mənim bu məktubum sənə yetişən kimi, dərhal Fədəyi Əli (ə) ilə Fatimənin (s.ə) övladlarının arasında bölüşdür\"
Bu mivalla və tarixin çarxının böyük dönüşü ilə nəhayət,uzun illərdən sonra Fədək Fatimə (s.ə) övladlarının əlinə qayıtdı.
5.Çox keçmədi ki, əməvi xəlifəsi yezid ibn əbdül-məlik onu yenidən qəsb etdi.
6.Hakimiyyət Üməyyə övladlarından Abbasi övladlarına keçdi. Məhşur Abbasi xəlifəsi Əbul-Abbas Fədəyi, Fatimə (s.ə) övladlarının nümayəndəsi kimi Əbdullah inb Həsən inb Əliyə qayıtdı.
7.Çox keçmədi ki, Əbu Cəfər Abbasi onu yenidən İmam Həsən Müctəbanin (ə) övladlarından geri aldi (çünki onlar bəni-Abbasa qarşi qiyam qaldırmışdılar).
8.Əbu Cəfərin oğlu Mehdi Abbasi onu yenidən Fatimə (s.ə) övladlarına qaytardı.
9.Başqa bir Abbasi xəlifəsi Musa əl-hadi yenidən Fədəyi qəsb etdi və harun ər-rəşid bu siyasəti davam etdirdi.
10.məmun (Abbasi xəlifəsi) Peyğəmbərin (s) ailə üzvlərinə, Əli (ə) övladlarına qarşı sevgi görütüsü yaratmaq naminə Fədəy xüsusı bir təntənə ilə Fatimə (s.ə) övladlarına qaytardı.
Tarixdə yazilir ki, məmun, Mədinə valisi Qəsəm ibn Cəfər belə bir məktub yazmışdı;\" Allahin elçisi (s) Fədəyi qizi Fatiməyə (s.ə) bağışladı.Bu, Peyğəmbər (s) ailəsinin içərisində şübhə doğurmayan faktdır.Fatimə (s.ə) həmişə Fədəyi iddialı idi və onun sözü təsdiq edilməyə ən layiqli sözdür.Məsləhət bilirəm ki, Fədək o Həzrətin (s.ə) varisləinə qaytarılsın.Onu Məhəmməd ibn Yəhya və Muhəmməd ibn Abdullaha (İmam Səccadın (ə) nəvələri) təslim et ki, mal öz sahibinə qaytarılmış olsun!\"
ibn əbil-hədid yazır; \"Bir dəfə məmun camaatin şikayətlərinə baxırdı. Diqqət cəlb edən ilk şikayət ərizəsi Fədəyə aid idi. Şikayət ərizəsini oxuyan kimi ağlamağa başladı və məmurlardan birinə tapşırdı; \"Fatimə (s.ə) vəkili hardadir, çağır gəlsin!\"
Bir qoca kişi yaxina gəldi və məmunla çox söhbət etdi.məmun bir fərman imzaladı və Fədəyi,Əhli-beytin (ə) nümayəndəsi kimi həmin kişiyə təslim etdilər.
məmun bu fərmanı imzalayan kimi Döbəl (məhşur şair) ayağa qalxıb, bədahətən bir şer oxudu\"
məmunun Fədəyi bəni-Haşimə qayratmasiyla, Zamanın üzü artıq gülməyə başladı!
\"Fədək\" kitabının müəllifi Qəzvini = Hairi yazir; \"məmun, əbu səid xidrinin \"Peyğəmbər (s) Fədəyi Fatiməyə (s.ə) hədiyyə etdi\" hədisinə istinad edərək Fədəyin Fatimə (s.ə) övladlarina qaytarilmasina göstəriş verdi.\"
11.Amma mütəvəkkil (Abbasi xəlifəsi) qəlbində Əhli-beytə (ə) düşmənçilik bəslədiyindən, Fədəyi yenidən Fatimə (s.ə) övladlarindan qəsb etdi.
12.mütəvəkkilin oğlu müntəzir (xəlifə) Fədəyin yenidən İmam Həsən (ə) və İmam Hüseyn (ə) övladlarına qaytarılmasına göstəriş verdi.
Heç şübhəsiz ki, əldən-ələ keçən, hər gün kinli siyasətçiləin çirkin oyununa alət edilən bir kənd sürətlə viran olmağa doğru gedər. Belə bir aci tale Fədəyin ətəyini də yaxaladı, onun bütün abadlığı viran oldu ağacları qurudu.
Bu silsilə ötürmələr xəlifələrin Fədəyə xüsusi həssaslıqla yanaşdiqlarını,onun barəsində hər birinin öz siyasətinə uyğun qərarı verdikləri həqiqətini açiq-aşkar ortaya qoyur.
Butun bu dediklərimiz əvvəlcədə bəyan etdimiz fikrin-Fədəyin İslam Xanımı (s.ə) və ya övladlarindan qəsb edilməsinin iqtisadi məqsəddən öncə siyasi məqsəd daşıdığının, əsas hədəfin Əhli-beyt (s) mövqeyini İslam cəmiyyətində zəiflətmək və onlara düşmənçilik izhar etmək olduğunun növbəti təsdiqidir. Həmçinin, fikrimizcə, İslam tarixində dəfələrlə təkrarlanan Fədəyin Əhli-beytə (ə) qaytarilma hadisələri də siyasi bir hrəkət idi;Peyğəmbər (s) ailəsinə məhəbbət görüntüsü yaratmaq!
Müsəlmanların zehinlərində Fədəyin əhəmiyyəti son dərəcədə yüksək idi. Tarixdə bu barədə elə yazılmışdır;\" mütəvəkkilin zamanında Fədək Fatimə (s.ə) övladlarının əlindən hələ alınmamış,xurması mövüsümündə hacılar tərəfindən təbərrük üçün çox baha qiymətə alınardı.\"
Mənbə: \"Fatimə (s.ə) dünyanın ən üstün qadını\" kitabı