İslam şəriətində haram buyurulmuş fiqhi və əxlaqi haram əməllər nələrdir?!


İslam dinində haram buyurulan əməllər-hissə 2

31-Qeybətə qulaq asmaq.
32-Mömini təhqir etmək və ona nalayiq sözlər demək.
33-Aşkarda günah etmək.
34-Zina və livat kimi işlərə vasitəçi olmaq.
35-İstimna etmək.

36-Heyvanla cinsi əlaqədə olmaq.
37-Mömini alçaldan və məzəmmət edən məzmunda şeir oxumaq.
38-Udub-uduzmaq olduğu təqdirdə mərc etmək
39-Qina və qeyri-şəri musiqiləri dinləmək.
40-Kişilərin qızıl zinət əşyaları taxması.

41-Kişilərin xalis ipəkdən geyim geyinməsi.
42-Naməhrəm kişi və qadının əl-ələ görüşməsi.
43-Kişinin naməhrəm qadının saçlarına və bədəninə baxması.
44-Günah etmək qorxusu olduğu təqdirdə naməhrəm kişi ilə qadının xəlvət yerdə olmaları.
45-Elçini aldatmaq məqsədi ilə qadının özünü süni şəkildə gözəlləşdirməsi.

46-Qızıl və gümüş qablarda yeyib-içmək.
47-Sehr, cadu və kahinliklə məşğul olmaq.
48-Dəstəmazsız halda Quranın yazı xəttinə toxunmaq.
49-Napak mürəkkəblə Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adını yazmaq.
50-Quranı kafirə vermək olmaz, əlbəttə, əgər ortada hidayət və maarifləndirmə məqsədi olarsa icazə verilir.

51-Ayaqyolunda üzü və ya arxası qibləyə tərəf oturmaq.
52-Müsəlmanı kafirlərin məzarlığına dəfn etmək və ya kafiri müsəlmanlar məzarlığında dəfn etmək, həmçinin, müsəlmanın qəbrini açmaq haramdır.

53-Heyzli və cənabətli halda vacib səcdəsi olan dörd sürəni oxumaq.
54-Məscidi, Peyğəmbər (s) və İmam (ə) hərəmini murdarlamaq.
55-Məsciddə heyzli və cənabətli halda dayanmaq.
56-Heyzli və cənabətli halda məscidə nəysə qoymaq.

57-Şəri üzr olmadan namazı kəsmək.
58-Qurban və Fitr bayramlarında oruc tutmaq.
59-Heç bir üzr olmadan Ramazan ayının orucunu tutmamaq.
60-Cana zərər vurmaq.

Mənbə: \'\'Hər müsəlman bilməlidir\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter