Cəmiyyət üçün örnək olacaq DİN xadimləri və dindarlar necə olmalıdırlar?! İmam Əlidən (ə) hədis


Gözəl əxlaqları, mənəviyyatları ilə öz şəxsiyyətlərini qoruyub, hifz edən xalq arasında hörmət qazanan müdrik ağsaqqallar, din xadimləri, alimlər, müəllimlər cəmiyyət arasında həmişə gözəl rəftarları ilə seçilmişlər. Xalq arasında gözəl rəftarları ilə seçildiyi kimi cavan nəslə verdikləri düzgün tərbiyyələrə görə də həmişə numunəvi olmuşlar.
Həzrət Əli (ə) nümunəvi şəxslər barədə belə buyurur:

\"İmanlı mömin şəxs özünü həmişə əzab-əziyyətdə, zəhmətdə qərar verər. Camaat isə onun sayəsinin (elminin,əxlaqının) nurundan asayişdə rahat yaşayarlar.\"
Başqa yerdə həzrət həqdən uzaqlaşıb ləyaqətsiz iş görən alimləri, dindarları sınmış gəmiyə bənzədir ki, özləri və həm də daxilində olan sərnişinlərin hamısının həlak olacaqlarını bəyan edir.

(Yəni sınıq bir gəmiyə gəmi sürə bilməyən bir şəxs dərin bir dəryada seyr etmək üçün səni gəmiyə dəvət etsə, qəbul edərsən ya yox? Əgər qəbul etsən onu yəqin bil ki, sən ölməmiş ölülər sırasında olanlardansan.)
Əxlaqsız, mənəviyyatsız insan heç bir vaxt edə bilməz xalqı səadətə aparıb çıxartsın.

Mənə: \"Hikmətli nəsihətlər\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter