İslam Maarifində hansı əməllərdir ki, Allah-Taala (c.c) o işləri görənləri cəzalandıracaq?!


Nisa” surəsinin 31-ci ayəsində buyurulur: \"Əgər qadağa olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlardan təmizlənərsiniz...”

İslam dinində bir sıra əməllər haram buyurulub və Mütəal Allah onları yerinə yetirənləri cəzalandıracaqdır. Bu əməllərdən bəziləri aşağıdakılardır;
1-Allahın qəzəbindən qorxub çəkinməmək.
2-Allahın mərhəmətinə naümid olmaq.
3-Allahdan qeyrisinə səcdə etmək.
4-İnsanları Allahdan qeyrisinə tapınmağa yönəltmək.
5-Ata-ananı incitmək, qəlbini qırmaq.

6-Qohumlarla əlaqəni kəsmək.
7-Başqalarının malına əl uzatmaq, icazəsiz istifadə etmək.
8-Başqalarının şəri haqlarını tapdalamaq, təcavüzkarlıq.
9-Vəqf edilmiş malın, vəqfin şərtlərinə uyğun olmayan şəkildə istifadə edilməsi.
10-Rüşvət vermək və rüşvət almaq.

11-Zalıma kömək etmək.
12-Zalımı tərifləmək.
13-Haqqın sübuta yetməsindən şəhidlik etməkdən boyun qaçırmaq.
14-Məscidləri bağlamaq və Allaha ibadətin qarşısını almaq.
15-Zina etmək.

16-Livat etmək.
17-Spirtli içkilər və pivə içmək.
18-Qumar oynamaq.
19-Sələmçilik.
20-Xəbərçilik.

21-Çəkidə aldatmaq.
22-Pis malı yaxşı mala qarışdırıb yaxşı mal adı ilə satmaq.
23-İnsanların zəruri qida məhsullarını anbarda yığıb saxlamaq və süni şəkildə qıtlıq, bahalıq yaratmaq.
24-İsrafçılıq.
25-Baha satmaq.

26-Allahla bağlanılan əhdi pozmaq (məsələn, insan əhd edir ki, filan pis işi görməyəcək və ya filan yaxşı işi görəcək).
27-Günahı kiçik saymaq.
28-İbadətdə riya etmək.
29-Yalan danışmaq.
30-Qeybət etmək və başqalarının arxasınca danışmaq.

Mənbə: \"Hər müsəlman bilməlidir\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter