İmam Sadiq (ə) sukut etməyin fayda və təsirləri haqda nələr buyurmuşdur?!
İmam Sadiq(ə) sükutun faydaları haqda buyurur: \"Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır. Məhz elə şəxslər həqiqətlərdə qabaqcıl olmuş, yazılmamış kitablardan oxunulmamış uzun müddətli təhqiqatlar aparmış, həqiqətləri üzə çıxarmışlar.\"Sonra sükutun fayda və təsirlərini sadalayaraq buyurur:
1.Sükut bütün rahatlıqların açarı, dünya və axirətin asayişidir.
2.Sükut Allah razılığına səbəb olur.
3.Sükut Qiyamət günü haqq-hesabın yüngül olmasına səbəbdir.
4.Sükut xəta və uçurumlardan qorunmaq vasitəsidir.
5.Sükut cahil və nadan üçün pərdə, alimə isə zinətdir.
6.Sükut nəfsani təhrikləri boğmaq üçün vasitədir
7.Sükut nəfsin rahatlığı üçün vasitədir.
8.Sükut etməklə ibadət və münacatların ləzzətini dərk etmək olar.
9.Sükut qəlbi sərtlikdən təmizləyir.
10.Sükut həya və təqva qazanmaq bir yaradan amildir.
11.Sükut təfəkkür, ağıl və mürüvvətin artmasına səbəbdir.
12.Sükut vasitəsilə insan düşüncəli və gözüaçıq olur.
Sonra İmam Sadiq(ə) buyurur: \"İndi ki sükutun faydaları ilə tanış oldun, sus, zəruri olmayınca danışma. Xüsusilə Allah üçün və Allah yolunda danışmağa adam tapmadıqda\"./ehliwie-samux.