Hz Peyğəmbərin (s) hədisinə əsasən hansı üç dəstə insanlar behiştə daxil olmayacaqlar?!


Rəsuli Əkrəm (s) etdiyi sifarişlərindən birində belə buyurur:

Camaatın bir neçə dəstəsi behiştə daxil olmayacaqlar:

1 - Valideyinlərinin tərəfindən nifrətlənən övlad.

2 - Öz ailəsinin (həyat yoldaşının) pis yolda gəzdiyini bilib, yenə onu qəbul edib, onunla birlikdə yaşayan kişi.

3 - Bir də özünə qadın kimi arayiş verib bəzənib-düzənən və ya danışığı, hərəkəti ilə özünü qadına oxşadan kişilər behiştə daxil olmayacaqlar.

İmam Baqir (ə) buyurub:
\"...Cəhənnəm insanın ləzzət və şəhvəti arasındadır. Əgər o şəxs ləzzət və şəhvət ardınca gedib, özünü onlara təslim etsə, Cəhənnəmdə qərar tapar.\"

Mənbə: \"Hikmətli nəsihətlər\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter