Zarafatın müsbət xüsusiyyət olduğu haqda nəql olunmuş rəvayətlər!
Peyğəmbər (s) buyurur:
«Mömin zarafatcıl və xoştəbiətli, münafiq isə qəmgin və qəzəbli olur». (Biharul-ənvar, 11-ci cild, 1-ci fəsil, 1-ci hədis).
«Zarafat edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm».
İmam Baqir (ə) buyurur:
«Allahın sevdiyi şəxslərdən biri də nalayiq sözlər demədən zarafat edən şəxsdir».
İmam Baqir (ə) üç şeyi möminlərin əyləncəsi hesab edir. Onlardan biri də dostlarla zarafatdır.
İmam Sadiq (ə) buyurur:
Elə bir mömin yoxdur ki, onda «dubə» olmasın. Dubə nədir, soruşulduqda İmam Baqir (ə) — zarafat, deyərək cavab verir».
İmam Sadiq (ə)-ın səhabələrindən Yunis Şeybani adlı biri deyir:
İmam Sadiq (ə) məndən soruşdu: Bir-birinizlə zarafat edirsinizmi? Dedim: Çox az. Buyurdu: Belə olmayın. Çünki, gözəl xüsusiyyətlərdən biri də zarafat etməkdir. Zarafat etməklə öz din qardaşlarınızı sevindirmiş olursunuz. Peyğəmbər (s) birini sevindirmək istərkən onunla zarafat edərdi».
Mənbə:\"Din təlimləri 1-ci cild\" kitabı.