Dilə qarşı məsuliyyətin ağır olması haqda Hz Peyğəmbər və İmam Əli (ə) nə buyurmuşlar?!


Əxlaq alimləri bu əqidədədirlər ki, dili islah etmək çox çətindir. Əlləri dinc qoyub başqasının üzünəsillə vurmaqdan, ayaqları nalayiq yerə getməkdən çəkindirmək mümkün olduğu halda, diləsahib durub, onu islah etmək çox müşkül məsələdir. Buna görə də məsum İmamlar (ə) dili günahdan qoruyub saxlamaq üçün ciddi tapşırıqlar vermişlər.

Çünki insanda baş verən günahların çoxu dilin islah olunmamasından irəli gəlir.
Peyğəmbər (s) buyurur: \"İnsanın buraxdığı səhvlərinəksəriyyəti onun dilindəndir\".


Həzrəti-Əli (ə) belə demişdir: \"Dil eləbir yırtıcıdır ki, əgər başını buraxsan, quduzlaşıb insanı qapar\" .
Başqa bir yerdəo həzrət dili boyunduruğa gəlməyən xam ata oxşadaraq söyləyir:
\"... Kişi gərək öz dilini saxlasın, çünki ram olmayan dil sahibini həlak edər. Allaha and olsun, dilini saxlamayan şəxs inanmıram, ona faydası olan təqvaəldə etsin. (Yəni heç kim dili islah etməmiş lazım olan təqvaya yetişə bilməz.)


Başqa bir yerdəisə həzrəti-Əli (ə) dilin islah olunmamasının aqibətinin cəhənnəm əzabı ilə qurtaracağını buyurur:
\"...Çox danışanın səhvi çox olar. Səhvi çox olanın həyası az olar. Həyası az olanın təqvası nöqsanlı olar. Təqvası nöqsanlı olanın qəlbi ölər. Qəlbi ölən şəxs də cəhənnəmə daxil olar...\" -Mənbə: \"İslamda əxlaq\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter