İslam əxlaqına əsasən başqalarının yanında oturarkan hansı ədəbə diqqət yetirmək lazımdır?!


Oturmağın ədəbi
Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar. Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı. çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bihar» 16-cı cild).

Onun hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır. «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur» («Bihar» 76-cı cild).
Həzrət adətən üzü qibləyə oturardı. («Bihar» 16-cı cild). O, özü üçün yer hazırlamaqdan çəkinər və başqalarını da bu xudpəsənd işdən çəkindirərdi. Həzrət oturarkən söykənib, təkyələnib oturmazdı. O, üç cür oturardı: (ərəbi) təşəhhüd halındakı kimi iki dizi üstə, ya da bir ayağını yığıb, o birini onun üzərinə qoyardı. («Bihar» 16-cı cild).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter