Cəm şəkilində olan duaların qəbul olunması haqda məsumlar nə buyurmuşlar?!


Əgər insanlar cəm şəkildə dua edib, Allah hüzurunda əl açaraq, göz yaşı axıdarlarsa, belə biri qəbul olunmasına ümid çoxdur. Çünki bu cəm bəlkə bir nəfər qəlbisınıq, məzlum, çarəsiz, aşiq və ya arif bir insan ola bilsin.

Bu bir nəfərin saf qəlblə etdiyi dua bütün duaların qəbul olunmasına səbəb ola bilər. Bəli, ayə və rəvayətlərdən belə görünür ki, mehriban Allah bir xalis bəndəsinin xatirinə bu bəndə ilə bir cərgədə durmuş bütöv bir cəmiyyəti bağışlayır.İmam Sadiq (ə) buyurur: \" Əgər dörd nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə onlar birbirindən ayrılmış dua qəbul olar.”


Həzrət Peyğəmbər (s) buyurur: \" Əgər qırx nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə Allah bu duanı qəbul edər. Əgər bu dua bir dağın ziddinə belə olarsa, Allah bu dağı aradan götürər.”

Rəbbani alim İbn Fəhəd Hilli \"Uddətud - dai” kitabında belə nəql edir: \"Allah-Taala Həzrət İsaya belə vəhy etdi:«Ey İsa, mö`minlərə qoşul və onlara əmr et ki, səninlə birlikdə dərgahıma dua etsinlər»;
İmam Sadiq (ə) buyurur: \"Atam daim belə edərdi: bir iş onu qəmləndirəndə arvad-uşağı bir yerə toplayıb dua edər, onlar isə \"Amin” deyərdilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter