Hansı dəstə insanların namazı qəbul olunmaz?!
RƏDD OLUNAN NAMAZLAR
Dediyimiz kimi, hansısa bir düzgün əməlin qəbul olmaması mümkündür. Müştərisiz mal kimi! Hədislərdə bə’zi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir.Bir neçə nümunəyə işarə edək:
1. Etinasızlar
İmam Sadiq (ə) buyurur: \"Cəmiyyətin yoxsullarına e’tina göstərməyənlərin namazı qəbul deyil.
2. Haramxorlar
Həzrət Peyğəmbər (s) buyurur: \"Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.”
3. Evdə məs’uliyyətsizlik edənlər
Allahın rəsulu (s) buyurur: \"Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.”
4. Zəkat verməyənlər
Qur’ani-kərimdə bir çox hallarda zəkat ödəmək namaz qılmaqla yanaşı zikr olunur. Hədislərdə bildirilir ki, malının zəkatını verməyənlərin namazı qəbul deyil. Bir gün Allahın rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı. Bəli, Allahla əlaqə cəmiyyətin imkansızları ilə əlaqədən ayrı deyil.
5. Təqvasızlar
Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil.
6. \"Haqin” və \"haqib”
\"Haqin” və \"haqib” sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismi zərərlərə düçar olan şəxsə deyilir. Bu iş sağlamlığa ziyan vurmaqla yanaşı namaz zamanı insanın diqqətinin yayınmasına və qəlb iştirakının aradan getməsinə səbəb olur. İmam Sadiq (ə) buyurur: \"Bu şəxslərin namazı qəbul deyil.”
7. Sevilməyən pişnamaz
Bə’zən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir. Təbiidir ki, bu hal camaat namazının süstləşməsinə, qarşıdurmaya səbəb olur. Rəvayətlərdə bu qəbil şəxslərin camaat namazının qəbul olmadığı bildirilir.”