Hz Fatimeyhi Zəhranın (ə.s) haqqı olan Fədək bağı necə Peyğəmbərin (s) əli ilə fəth olundu?!
HİCRƏTİN 7-Cİ İLİNDƏ Xeybərin fəthindən sonra təqribən Peyğəmbərin (S) vəfatindan 4 il qabaq Cebrail nazil oldu.O fədəyin fəth olunmasıhökmünü Allah tərəfindən Peyğəmbərə (s) catdırdı.Bu hökümdə acıq aşkar əmr olunmuşdu ki,Fədəkin fəthi yalnız Peyğəmbər (s) və Əmirəl möminin (ə) vasitəsi ilə icra olunmalı,Müsəmanlar isə bu işdə iştirak etməməlidirlər.Peyğəmbər (S) və Əli (ə) lazim olan silahlarla silahlandılar.Öz atlarına minib gecənin zülmət qaranlığında qoşundan ayrıldılar.Xeybərdən hərəkət edib Fədək torpağına çatdılar.hər ikisi fədəyin torpağının kənarında dayandılar.
İki nəfərin bir qalanı fəth etməsi adi bir iş deyildi.Bu iş dəqiq plan və məharətlə icra olunmalı idi.Allah -təala həmişəki kimi Peyğəmbərin (s) işini öz qaydasında qələbəyə doğru aparırdı.
Fədək xalqı Xeybərin böyük qalasının fəth olunmasını eşitdilər: Onlar vəhşət içində fədəyin qalasına sığınmış və qalanın qapılarını möhkəm bağlamışdılar.Gecədən sübhədək istirab içində qərq olmuşdular.
Qalanın içində yaranmış belə bir şəraitdə Peyğəmbər (s) və Əli (s) qalanın yanına çatdılar.Adi surətdə qalaya daxil olmaq üçün heç bir yol yox idi.Başqa bir tərəfdəndə içəridə olanlar qalanın çölündə kiminsə olduğunu bilməməliydilər.
O iki Həzrət qərara aldılar ki,gizlin surətdə qalanın divarından onun damina çıxıb uca səslə azan desinlər.Belə olan halda qalada olanlar elə biləcəklərki,qala musahirəyə alınib,və fəth olunubdur.Bu vaxt qaladan çixib qaçacaqlar.Nəhayət qala rahatcasına ələ keçəcək.
Əmirəlmöminin (Ə)Peyğəmbğrin (S) çiyninə çıxdı.Sonra Peyğəmbər (s) ayaıa qalxıb onu yuxarı qaldırdı.Əmirəlmöminin (ə) İlahi mocuzə ilə Fədək qalasının damına çıxdı.Həzrət qalanın üstünə çıxandan sonra üzünü qalanın içəri hissəsinə tutub uca səslə azan verdi.\"Allahu əkbər\" səsi qalanın içində ucaldı.
Qalada olanlar elə bildilərki,müsəlmanlar qalanın üstündədirlər.Onlar,qalançn qapisina sarı qaçdılar.Qapını acıb qaladan çixaraq ətrafa dağılışdılar.
Əmirəl möminin (ə) qalanın divarından aşağı endi.Peyğəmbər (s) qalanın çölündə Əli (s) gözləyirdi.HZ Əli Peyğəmbər (s) birlikdə onlarla üz bə üz gəldilər.Döyüş başlandı.O iki Həzrət düşmənin 18 nəfər cəngavərini öıdürdülər.Nəhayət,onların qalanları təslim oldular.
Fədək
Fədək yer adıdir.Bu yer xeybərin yaxınlığındadır.Fədək münbit torpağa malik olubdur.Orada qala və həmişə su ilə dolu bir bulaq var idi.Fədəyin xurma bağları Xeybərinkindən çox idi.Orada yəhudilər yaşayirdılar.Onlar xeybərdə yaşayanlarla əlaqə saxlayırdılar.Fədək fəth olunan zaman onların rəisiYUŞƏ İBNİ Nun adlı bir kişi idi.O yer ilk dəfə orada yurd salan Fədək ibn Hamın adınadır.Fədək bağları mədinənin şimal tərəfində yerləşir və indi də həmin bağlar qalir./ehliwie-samux.