Cinayətkar Yezid İslam tarixində hansı cinayət və pis əməlləri ilə tanınır?!


Yezidin atası Müaviyyə, anası səhrada yaşayan Məysun, müəllimi Sərcun, rumlu bir xristian idi. Bəni Haşim və Peyğəbərin (s) əhli beyti ilə düşmənliyi ata və babalarından, cahiliyyət xürafatlarını, laqeyidliyi səhra qadını olan anasından, İslam və müsəlmanlarla düşmənliyi, xristian müəllimi Sərcundan öyrənmişdi.

Tarixə əsasən, Yezidin heç bir şəxsiyyəti və dinə əlaqəsi yox idi. Eyş-işrətdən və şəhvətdən başqa iş tanımırdı. O, üç illik hökuməti dövründə misli görünməyən cinayətlər etdi. Birinci il həzrət Hüseyn ibn Əlini (ə), övladlarını, qohumlarını və dostlarını faciəli şəkildə öldürdü, qadınları, uşaqları və Peyğəmbərin (s) əhli beytini şəhidlərin kəsilmiş başları ilə birlikdə şəhərləri dolandırdı. Hökumətinin ikinci ilində, Mədinə camaatını qılıncdan keçirdi, mal və namuslarını üç gün qoşununun ixtiyarında qoydu. Üçüncü ildə Müqəddəs Kə’bə evini dağıdıb, ona od vurdu.

Rəvayət olunub ki, Mədinə hadisəsindən min nəfər ərsiz qadından zinadan yaranmış övlad dünyaya gəldi və onları \"Hərrə övladları\" adlandırırdılar. Başqa bir xəbərdə gəlib ki, əməvi hücumçuları Mədinədə min nəfər bakirə qızla zina etdilər. Peyğəmbərin (s) mənbərində oturub, özünü onun canişini adlandıran, hər bir hökmü, İslam hökmü kimi qəbul edilən Yezidin cinayətləri bir həddə çatdı ki, hətta Peyğəmbər (s) məscidində də zina edildi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter