Hz Peyğəmbər (s) Səhabəsi Cabirə Quranın hansıl surəsini ən üstün olaraq tanıtdırdı?!


Hz.Muhəmməd (s) buyurub:Həmd surəsi Quranın anasıdır.Cabir ibni Abdullah Ənsari-Peyğəmbər (s)-ın səhabəsindən nəql olunur ki,mən getdim Peyğəmbər (s)-ın yanına.Peyğəmbər (s) mənə buyurdu ki,Allah öz kitabında nazil etdiyi ən üstün surəni sənə öyrədim?mən dedim: Öyrədin atam-anam sizə fəda olsun Ya RəsulAllah.

Peyğəmbər mənə Fatihə surəsini öyrətdi və buyurdu ki,Fatihə Quranın anasıdı və bu surə ölümdən başqa hər dərdə əlacdır.Bütün dərdlərin dərmanı Fatihə surəsidir bircə ölümdən başqa.

Hz.Muhəmməd (s) buyurdu ki,and olsun O Kəsə ki,canım Onun əlindədir,Allah nə Tövratda,nə İncildə,nə Zəburda,nə də Quranın özündə Fatihə kimi ikinci bir surə nazil etməyib,çünki Fatihə surəsi Quranın anasıdır.

Allah Quranla bizə nəyi başa salmaq istəyirsə hmmısını Fatihə surəsində nazil edib.Fatihə surəsində Allah tərif olunur,Fatihə surəsində qiyamət yada düşür,Fatihə surəsi hidayətin yolunu bizə başa salır,hidayət əhlinin kimliyini bizə başa salır.İbn Abbas-Peyğəmbər səhabəsi,Quran müfəzziri buyurub:Hər bir şeyin bir təməli var,Quranın təməli Fatihə surəsidir.

Hz.Muhəmməd (s) buyurub:kim Fatihə surəsini hər an oxusa,elə bilsin ki,bütün Quranı oxuyub.
Bu surə Hz.Muhəmməd (s)-ın iftixarıdır.Peyğəmbər (s) buyurub ki,Allah bu surəni nazil etməklə,mənə bir növ minnət qoydu,çünki Həmd surəsi Allah ərşinin ən qiymətli xəzinəsidir.

İnsan imana yönəlmək üçün,Allaha yaxınlaşmaq üçün bu surəni oxumalıdır.Bu surə insanın qəlbini təmizləyir.Hədislərdə var ki,Fatihə surəsi günahla insan arasında fasilə yaradır.

Bu surə o qədər bərəkətlidir ki,Allah bizə onu namazda vacib edib.Namaz ki,möminin meracıdır,insanı göyə ucaldır və namaz insanlara bütün dərəcələrə çatmaq üçün bir vasitədir namazda mütləq bu surə oxunmalıdır.Nəticə isə budur ki,nə qədər fəzilətli insanlar var (övliya,arif və s.) vasitəsi Fatihə surəsi olub,bu surənin bərəkəti sayəsində insanlar müəyyən məqamlara yetişə biliblər.Allah bizə heç vaxt məhtudiyyət qoymuyub ki,filan vaxt Mənimlə danışma.Hədislərdə var ki,get dəstəmaz al və namaz qıl,istədiyin sözünü Allaha de,qapı həmmişə açıqdır.Namazda da Allahla danışmaq vasitəsi Fatihə surəsi qərar verilib.Fatihə surəsi Allaha yaxınlaşmağın ən böyük varsitəsidir.


Çalışaq ki,Fatihə surəsini çox oxuyaq.
Bismillahir-Rəhmanir-Rəhim.
Əlhəmdi lillahi Rəbbil-aləmin.
Ər-Rəhmanir-Rəhim.
Maliki yəvmid-din.
İyyakə nə\'budu və iyyakə nəstəin.
İhdinəs siratəl-mustəqim
Siratəl-ləzinə ən-əmtə ələyhim ğəyril məğzubi ələyhim vələz-zallin.


Tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə.
Həmd olsun Allaha-aləmlərin Rəbbinə.
Mərhəmətli,Rəhimli olana.
Haqq-hesab gününün Sahibinə.
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.
Bizi doğru yola yönəlt.
Nemət verdiyin kəslərin yoluna.Qəzəbə dü\'çar olmuşların və azmışların yoluna yox.
ALLAH QƏBUL ETSIN!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter