Hz İsa (ə)-ın diriltiyi insan halallıq almadan istifadə etdiyi məsələ haqda nə dedi?!


Bir gün İsa peyğəmbər (ə.s) bir qəbrin yanından keçəndə dayanıb Allaha dua edir ki, qəbirdə yatan şəxsi diriltsin. Allahın izni ilə qəbir açılıb onun içində yatan şəxsi ayıldır. Həzrət ondan soruşur: Ölən gündən bu günə kimi nə haldasan, hesabın nə yerdədir?

Belə cavab verir:
Ey Allahın peyğəmbəri, mən fəhlə bir adamam, özümdə yük daşıyırdım. Bir gün yük aparırdım, yorulub əyləşdim, yükümdə olan bir şeydən qırıb dişlərimi təmizləməyə başladım. Ölən gündən bu günə kimi icazəsiz qırdığım çöpün əzabını çəkirəm.

Həzrəti İsa peyğəmbər (ə.s) bu səhnə ilə istəyir bütün insanlara bəyan etsin ki, qiyamət gününün hesabı belə incə, zərif hesablarla doludur. Hətta hər bir şəxs zərrə xeyirli əməlin əcrini, zərrə şərr əməllərinin cəzasını alacaq. Adam var ki, bir çöp yox bəlkə saysız-hesabsız ,icazəsiz haram işlərlə ,riba ilə (faizlə) cəm etdiyi var-dövlətinin necə hesabını verəcəyi barədə heç bir dəfədə olsun belə düşünmür. Belə bir şəxs, ev tikib bayırdan evinə atəş vurub içəridə əyləşən bir şəxsə bənzər./ehliwie-samux.



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter