Təbii müsibətlə dünyasını dəyişmiş cavanın anası təsəlli üçün xəbər gətirəndən nə istədi?!


Səhrada yaşayan \"ÜMMİ ƏQİL\"adlı bir xanım var idi.Bir dəfə iki nəfər onun qonağı olur.Qadının yeganə oğlu səhrada dəvələrlə birlikdə idi.Bu zaman anaya xəbər verdilər ki, hürkmüş dəvə oğlunu quyuya atmış və oğlu həyatı ilə vidalaşmışdır.

İmanlı qadın oğlunun ölüm xəbərini gətirən şəxsə dedi: \"Minikdən düş və qonaqlara qulluq göstərməkdə mənə kömək et.\" Ana ona bir qoyun kəsdirdi.Nəhayət,yemək hazır oldu və qonaqların qarşısına qoyuldu.Qonaqlar yemək yeyir və qadının səbr və dözümü qarşısında heyrətdə qalırlar.Qonaqlardan biri deyir:Yemək yedikdən sonra,imanlı xanım yanımıza gəldi və soruşdu:Sizin hansı birinizin Qurandan yaxşı məlumatı vardır?Onlardan biri dedi:Bəli,mənim məlumatım var.

Dedi:Oğlumun ölümünün qarşısında mənə təsəlli olmaq üçün Qurandan müəyyən ayələr oxu.Qonaq deyir:Mən onun üçün ayələri oxudum.\"...Ey Peyğəmbər!Səbr edənlərə müjdə ver.Onlar o kimsələrdir ki,başlarına bir müsibət gəldiyi zaman:\"Biz Allaha aidik və əlbəttə ona tərəf qayıdacağıq\",deyərlər.Rəbbləri tərəfindən gələn salavat və rəhmət onlara aiddir və hidayətə (doğru yola)çatmışlar da onların özüdür.\"

Bundan sonra üzü qibləyə durub bir neçə rəkət namaz qıldı və ərz etdi: \"İlahi! Səbr edərək mənə göstəriş verdiklərini yerinə yetirdim. Səndə vədə verdiyin rəhmət və salavatı mənə nəsib et.! \"Daha sonra əlavə edərək bizə dedi: \"Əgər bu dünya kiməsə qalmalı idisə...\"Qonaqlardan biri deyir: Mən belə düşündüm ki, istəyir desin: Oğlum mənim üçün qalardı, amma sözünə belə davam etdiyini gördüm;\"..

İslam Peyğəmbəri(s) öz ümməti üçün qalardı. \"Bir çöl ərəbi olan qadının səbri və həmçinin ALLAHA olan iman, mərifət və səmimiyyəti insanı vəcdə gətirir. Digər tərəfdən dünyanın müvəqqəti olduğunu dərk etməsi və İslam Peyğəmbərinin məqamına olan elm və mərifəti də insana çox məna və həqiqətləri başa salır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter