Kafir və düşmənlərlə, müxalif olanlara birlikdə yaşamaq haqqında məsumlar hansı tapşırıqları buyurmuşlar?!


Kafir və düşmənlərlə, müxalif olanlara birlikdə yaşamaq haqqında


İmam Sadiq (ə) buyurur: Yaxşı olar ki, müsəlman olan bir şəxs, kafir, yəhudi, məsihi və digər qeyri müsəlmanlara çox ünsiyyətdə olmasın, onlarla dostluq etməkdən çəkinib imkan daxilində alış-veriş etməsin.

İmam Musa (ə) buyurur: Zərdüşlərlə birlikdə yemək yeməyin. Məsihi həkimlərə işiniz düşdükdə işinizin xatirinə onlarla yaxşı davranın, hətta istəsəniz onlara dua da edin, amma bilin ki, etdiyiniz duanın onlar üçün heç bir xeyri olmayacaqdır.

Peyğəmbər (s) buyurur: Əhli kitaba (yəhudi və məsihilərə ) əvvəl salam verməyin. Onlar sizə salam verdikdə \"Əleykum” deyərək cavab verin. Onlarla əl-ələ görüşüb ləqəbləri ilə çağırmaqdan çəkinin. Yox əgər çarəsizlik ucbatından onları ləqəbləri ilə çağırsanız, yenə də sizə heç günah yazılmaz.


Bir tacir İmam Sadiq (ə)-ın yanına gəlib ondan soruşur: \"Vaxtaşırı mən kafirlər yaşadıqları ölkələrə səfər etməli oluram. Yoldaşlarım mənə ora getməyi məsləhət görməyirlər və deyirlər ki, əgər bu səfərlərin birində onların yaşadıqları yerlərdə ölərəmsə qiyamət günü məhşərə kafirlər ilə birlikdə daxil olaram. (yəni kafir kimi tanınaram). İmam Sadiq (ə) buyurur: Xeyr! Belə deyildir. Əgər kafirlər yaşadıqları ölkələrin birində ölərsənsə məhşərə onlarla birlikdə yox, tək başına daxil olarsan və üzünün nuru yalnız sənin qarşını ışıqlandırar.”


İmam Sadiq (ə)-dan kafir və əhli kitaba dua etmək haqqında soruşduqda buyurur: Əgər onlara dua etmək istəsəniz bunu desəniz kifayətdir:

(Barəkəllah fidunyakə)


Yəni, Allah dünyanı bərəkətli etsin.

Alimlərdən bəziləri belə bir fikirdədilər ki, zərdüşlər, əhli kitab və digər kafirlər ilə əl-ələ görüşdükdən sonra əllər yuyulmalıdır (və ya su tapılmadıqda torpaq ilə təyəmmüm etməlidir).

Peyğəmbər (s) buyurur: Zərdüşt və əhli kitab ilə üzləşdiyiniz zaman bu duanı oxumağınız məsləhətdir:

(Əlhəmdu lillahilləzi fəzzələni ələykə bilislami dinnən vəl bil qurani kitabən və bimuhəmmədin nəbiyyən və bi əliyyin İmamən və bil mömininə ixvanən və bil kəbəti qiblətən.)

İmam Sadiq (ə) buyurur: \"Təqiyyə imanı hifz edir.(qoruyur) Təqiyyə etməyən etməyən şəxsdə iman da olmaz.

Əli (ə) buyurur: \"Müsəlmanlarla müxalif olan ölkələrdə təqiyyə etmək vacibdir. Canının qorxusundan təqqiyə edərək and içən şəxsin əməl dəftərinə heç bir günah yazılmaz və boynunda heç bir kəffarə olmaz.

İmam Musa (ə) buyurur: \"Allah yanında ən yaxşınız çox təqiyyə edəninizdir.”



İmam Sadiq (ə) buyurur: \"Dininizi, təhlükə ilə üzləşdiyiniz zaman təqiyyə etməklə qoruyub saxlayın.”

İmam Sadiq (ə) buyurur: \"Dininizə, məhzəbinizə görə canınız təhlükə altına düşəcəksə, özünüzü onlardan biri kimi tanıtdırın. Onlar kimi dəstəmaz alıb namaz qılın və dinin digər göstərişlərini də onlar kimi yerinə yetirin. Amma ölüm məsələlərində təqiyyə etmək olmaz. Məsələn, bir şəxsi (haqsız yerə) öldürməyi vadar edərlərsə və öldürmədiyiniz halda sizin öz həyatınız təhlükə altına düşsə belə bu işə razılıq verməməlisiniz. Özünü ölməli və həmən şəxsi öldürməməlisiniz.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter