İmam Sadiq (ə) Qonaqların qarşılanması haqqında nə buyurmuşdur?!
Qonaqların qarşılanması haqqında -- Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: \"Evinə qonaq gələn ev sahibi qonağa qulluq etməli və isdədiyi hər bir şeyi yerinə yetirməyə çalışmalıdır. Getdiyi zaman onu qapıya qədər ötürməli və bir daha gəlməyi təklif etməlidir.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Evinizə mömin qardaşlarınız gəldikləri zaman onlara mütəkkə, yemək və paltar verin. Allah-təala mömin qardaşlarına qayğı göstərən kəslərə axirətdə bol-bol nemətlər əta edər. Onlar məhşərə daxil olduqdan sonra cənnət və cəhənnəm əhlinə nəzər salıb heyran qalarlar. Və qarşılarındakı ləziz yeməkləri yeməyə çətinlik çəkərlər. Ərşin altından onlar belə bir səs eşidərlər: \"Allah cəhənnəm əhlinə cənnət əhlinin yeməklərini haram etmişdir.” Onlar bunu eşitdikdən sonra təqdim olunan yeməklərdən yeyib Allahın birliyinə şükr və səna edərlər.”
Rəvayətlərdən birində deyilir: Əli (ə)-ın evinə iki nəfər qonaq gəlir. Əli (ə) onlara döşəkcə təklif edir,onlardan biri döşəkcəni alır, digəri isə almaqdan imtina edir. Əli (ə) həmən şəxsə deyir: Qonaq getdiyiniz zaman sizə hörmət məqsədi ilə verilən şeylərdən imtina etməyin. Sonra onlara Peyğəmbər (s)-dan eşitdiyi tövsiyələrdən birini nəql edir. Öz qövmü (el-oba) arasında ehtiram olunan və hörmətlə yanaşılan şəxslərə hörmət edin.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Ağsaqqala xüsusi diqqət yetirin. Din yolunda ömrünü fəda edən ruhanilərə, Quran hafizlərinə və ədalətli rəhbərlərə sevgi və məhəbbət göstərin. Onların salamatlığı üçün Allaha dua edin və bağışlanmalarını istəyin.
İmam Həsən Əsgəri (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Hədiyyə vermək isdədiyiniz şəxslərə qəbul edə bilməyəcəyi şeyləri təklif etməyin və onların sizə hədiyyə etdiyi şeyləri rədd etməyin.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: \"Dünyada müsəlmanlara xidmət edən əməli-saleh insanlara, cənnətdə xidmət etdiyi müsəlmanların miqdarında cavan kənizlər qulluq edər və onun bütün istəklərini yerinə yetirməyə çalışarlar.