Hz Loğman (ə) oğluna dost haqqında hansı tapşırığı vermişdir?!


Loğman həkim oğluna etdiyi nəsihətlərin birində buyurur: Tanımadığın şəxslə çox ünsiyyətdə olma, yoxsa aranızda bir gün ayrılıq hökm sürər. Onlardan çox uzaqda olma ki, bir gün səni xəcalətli edərlər. Qurd ilə qoyunun dostluğu baş tutmadığı kimi xeyirxah insanla nadan və cahil insanların da arasında dostluq baş tutmaz. İnsan bir şəxslə tanış olduqdan sonra onunla günbəgün sıx əlaqə yaratmaq istər. Dostluq etmək istədiyin zaman ondan özünə lazım olan şeyləri öyrən və çatışmamazlıqlarını tezliklə aradan qaldırmağa çalış.


Unutma ki, camaatla pis davranan şəxslər onlardan xoş söz eşitməzlər. Əxlaqı pis olan şəxslərlə ünsiyyətdə olma. Danışdığın hər bir sözə fikir ver, yoxsa kiçicik bir səhv üzündən daim peşmançılıq çəkərsən.


İmam Sadiq (ə) buyurur: \"Özlərindən dini qanunlarla ziddiyətli olan qərarlar ixtira edən cahil insanlar ilə ünsiyyətdə olmayın. Camaat sizi onlarla gördükdə haqqınızda xoşa gəlməyən fikirlər irəli sürər və sizi onlardan biri hesab edərlər.”


Peyğəmbər (s) buyurur: \"Əməli-saleh dindarlarla ünsiyyətdə olsanız sizin üçün daha xeyirli olar. Cahil və savadsız şəxslərdən uzaq olun. Onlarla ünsiyyətdə olmaq sizi qaranlıq və zülmət bir həyata sürükləyər.


Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"İnsanların ən pisi o kəsdir ki, günah işləri kimi canlandırmış olsun. Onlarla dostluq edən şəxslər də bədbin və nadan olarlar.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter