İmam Əli (ə) namaz qılarkən özünü Haqq Təala (c.c) qarşısında necə hiss edərdi?!


İlahi əmanət yükünü daşımaq bəşər üçün ən böyük iftixardır.

Şair deyir:
Səma götürmədi bu əmanəti,
İnsana yazdılar bu ləyaqəti.

Həzrət Əli (ə) Siffeyn döyüşündə günəşi izləyir, arabir səmaya baxırdı. İbn Abbas bu işin səbəbini soruşdu. O həzrət buyurdu: \"İstəmirəm ki, ilkin vaxtın namazını əldən çıxaram.” İbn Abbas dedi: \"İndi?” Həzrət (ə) buyurdu: Bəli! (\"Səfinətul-bihar”, 2-ci cild, səh.44)

Bəli! Balıqlar üzməkdən yorulmadığı kimi ilahi övliyalar da ibadət və namazdan yorulmur, əksinə, hər ibadətdən sonra Allah dərgahında bəndəlik üçün daha da həvəslənirlər.


İmam Səccad (ə) namazda \"maliki yəvmid-din” cümləsini o qədər təkrar edirdi ki, baxanlar onun can verdiyini düşünürdülər. (bax: \"Bihar”, 84-cü cild, səh.274)


O, səcdədə tər içində olurdu.
İmam Baqir (ə) buyurur: \"Atam İmam Səccad (ə) gecə və gündüz ərzində min rəkət namaz qılırdı.” (\"Vəsail”, 1-ci cild, səh.68)


Allahın rəsulu (s) namaz vaxtı çatarkən elə bil heç kəsi tanımırdı və xüsusi mə’nəvi halda olurdu. (\"Bihar”, 84-cü cild, səh.258)

O buyurdu: \"Ac yeməkdən, susuz sudan doyur. Lakin mən namazdan doymuram.” (\"Mustədrəkul-vəsail”, 1-ci cild, səh.174)/ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter