Hz Peyğəmbər (s) dişlərin təmizlənməsi haqqında hansı tapşırılqları vermişdir?!
Dişlərin təmizlənməsi haqqında
İmam Sadiq (ə) buyurur: Cəbrayıl, Peyğəmbər (s)-n yanına gəlib ona diş yumağı və qan almağı öyrətdi. (O zaman dişləri yumaq üçün Araq adlı ağacın kötük və budaqlarından istifadə edərdilər, bir çox ərəb ölkələrində Həzrəti Muhamməd (s) sünnətinə əməl olaraq bu ağacdan indinin özündə də istifadə edirlər).Sonra o dişləri yumağı dişlərin möhkəmlənməsinə, qan aldırmağı isə bədənin sağlamlığına səbəb olduğunu izah etdi.
Həzrət Muhəmməd (s) və İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: Dişlərinizi gül kolunun, nar, xurma ağaclarının və qamışın kökləri ilə təmizləməyin. Bu ağacların çöpləri damağa (dişlərin dibinə) toxundunqa xora damarlarının fəallaşmasına və xora xəstəliyinin yaranmasına səbəb olur.
Əli (ə) bunlarla yanaşı Kəz ağacının çöpləri ilə də dişləri təmizləməyi məsləhət görməzdi.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: \"Evinizə qonaq gəldikdə ona təzə diş fırçası verin və öz dişlərinizin təmizləyinə və ağızınızın qoxusuna xüsusi diqqət yetirin. Mələklərin sevmədikləri şeylərdən biri də dişlərin təmiz saxlanılmaması və ağızdan gələn xoşagəlməz qoxudur”.
İmam Sadiq (ə)-n bu barədə etdiyi tövsiyələrin birində deyilir: Dişlərinizin dibində qalan yemək qırıntılarını diliniz ilə çıxardıb uda bilərsiniz. Çöplərlə çıxarılan yemək qalıntılarını isə bayıra atsaz daha yaxşı olar. Dişlər çop ilə təmizləndikdən sonra yaxşi olar ki,diş fırçası ilə bir dəfə yuyulub \"inşan” və \"seyd” ağaclarından alınmış maye ilə yaxalansın .Bu dişlərin möhkəmlənməsinə və ağzda olan xoşa gəlməz iylərin aradan getməsinə böyük təsir göstərər.\\ehliwie-samux.