İSLAMIN ƏXLAQİ GÖSTƏRİŞLƏRİNDƏ 13 ƏDƏB QAYDALAR...
1. Səhər tezdən durmaq, əl-üzünü yumaq, dəstəmaz alıb namaz qılmaq, ata-ananın ruhuna salavat vermək lazımdır.
2. Alt paltarda ailə içərisində görünmək olmaz
3. Yeməyi «bismillah» ilə başlayıb «əlhəmdulillah» ilə bitirmək, süfrə duası vermək lazımdır
4. Evdən sol ayaqla «bismillah» deyərək çıxmalısan
5. Evə və məscidə sağ ayaqla girməlisən
6. Məsciddə, qəbristanda və yas məclisində dünya söhbəti etmə
7. Məclisdə az ye, az iç, zərurət olmasa heç danışma
8. Kişinin oğul, yeznə, kürəkən, bacı oğlu və qardaş oğlu ilə hamama getməsi ədəbdən kənardır
9. Övlad yanında söyüş söymək, qeybət etmək olmaz
10. Evdə qonaq var ikən çığırmaq, arvad-uşağı döyüb-söymək qəbahətdir
11. Evə gələn adamın ayağına durmaq, gedəndə yola salmaq lazımdır
12. Yatmazdan əvvəl ata-ana, bacı-qardaş, övlad və qonşuların vəziyyətindən xəbərdar ol, dəstəmaz al, kəlmeyi-şəhadəti de.
13. Səbr gətirəndə əl ilə ağzı tutub, «əlhəmdulillah» demək.*/ehliwie-samux.