İmam Sadiqin(ə) kəlamının möcüzəliyi hansı tələbəsinin kitabında əks olunmuşdur?!
Möcüzə- bir əməldir ki, başqaları onun müqabilində acizdirlər. Biz həmişə İmamlarin (ə) mö`cüzələrini sadalayanda fikrimiz ölünü diriltmək, vəhşi heyvanı əhilləşdirmək, xəstəyə şəfa vermək və bu kimi işlərə tərəf yönəlir. Amma bir halda ki, Nəhcül-Bəlağə, Səhifeyi-Səccadiyyə və Tovhidi-Müfəzzəl kitabı da özü bir mö`cüzədir.
İmam Sadiq (ə) bu heyrətamiz kitabda yaradılışın sirrini və fəlsəfəsini tam şəkildə bəyan etmişdir. Bu kitabda yerlə göy arasında olan məxluqatlar haqqında tam şəkildə bəhs olunur. İmamın buyurduğu e`cazkarlıqlardan bir neçəsini nümunə üçün zikr edirik:
1. İmam Sadiq (ə) balığın yaradılışında olan e`cazkarlıqlar haqqında buyurur: Balıq suyu ağzından alır və onu qulaqlarından xaric edir ki, başqa heyvanlar da havadan faydalansınlar. İmamın bu sözü bizə balığın havanın oksigenindən istifadə etməsini aşılayır. Amma bu fikri alimlər necə əsərlər sonra kəşf etdilər.
2. İmam (ə) ulduzlar və onların hərəkəti haqda danışanda, hər bir ulduz üçün iki cür hərəkət zikr edir. Bu iki hərəkəti qarışqanın, dəyirman daşının üstündə sol tərəfə, daşın sağ tərəfə hərəkət etməsinə bənzətmişdir. Bu vəziyyətdə daş sağ tərəfə fırlanır, amma qarışqanın daşla birlikdə fırlanmasına baxmayaraq o, sol tərəfə fırlanır.
İmamın (ə) bu misalından ulduzların fəzadakı vəziyyəti və yerini dəyişməsi anlaşılır. Əlbəttə İmam (ə) burda başqa mövzuları da təfsilatı ilə bəyan etmişdir. Əgər alimlər və mütəxəsislər cəm olub, bu mövzuları araşdırsalar, şübhəsiz ki, yüzlərlə qanun kəşf olunardı. Amma çox əfsuslar olsun ki, bəşər mə`sumların buyurduqlarına e`tinasızlıq etməklə özlərinə böyük bir zülmü rəva görmüşlər. İslamaDoğru.biz