Sual: Görəsən, şiəlik Peyğəmbər(s) zamanında yaranmışdırmı?


Peyğəmbər (s) zamanında şiəliyin yaranması

Cavab: Peyğəmbər (s) zamanında səhabələrdən bir qrupu İmamətlə bağlı ayə və rəvayətleri eşitdikləri üçün, Peyğəmbərdən (s) sonra həzrət Elinin (ə) canişin olması məsələsinə iman getirmiş və onun İmamət və rəhbərliyini qəbul etmişdilər. Onların həzrət Əliyə (ə) böyük ehtiram və məhəbbəti vardı. Səhabələrdən olan həmin qrup hələ Peyğembər (s) zamanında \"İmam Əlinin (ə) şiələri” adı ilə tanınırdı. Bu barədə əhli - sünnədən də çoxlu rəvayətlər nəql edilmişdir və hazırda onların bir qismini sizin nəzərinizə çatdırırıq:

1. Əbu Hatəm Razi belə nəql edir:
\"Peyğember (s) zamanında meydana çıxan ilk ləqəb və söz \"şiə” sözü idi. Bu ləqəb səhabələrdən dörd nəfərə verilmişdi. Həmin səhabələr bunlardır: Əbuzər, Salman, Miqdad və Əmmar.” (Əbi Hatəm Razi, \"Hazirul-alimil-islamiyy”, c.10, səh. 188)

2. İban Xaldun belə yazır: \"Səhabələrin bir qismi həzrət Əlinin (ə) şiələri idi və onlar həzrət Əlini (ə) xilafətə digər xəlifələrdən daha ləyaqətli hesab edirdilər.” (\"Tarixə İbn Xaldun”, c.3, səh. 364)

3. Muhəmməd Kərd Əli nəql edir:
\"Həzrət Əlinin (ə) mevalilƏri adlı bir sıra böyük səhabələr İslam Peyğəmbərinin (s) zamanında da var idilər. O cümlədən, Salman Farsi belə deyir: \"Biz Peyğəmbərlə (s) müsəlmanların məsləhətinə olan işlər və həzrət Əliyə (ə) iqtida etmək barədə beyət etdik.” Əbu Seid Xudri deyir: \"Camaat beş şeyə əmr olunmuşdu.Onlardan dördü yerinə yetirilmiş,biri ise tərk olunmuşdu.” Həmin dörd məsələnin nə olması barədə soruşulduqda, cavab verdi ki,namaz, zəkat, Ramazan ayında oruc tutmaq və hecdən ibaretdir. Tərk olunmuş məsələnin nə olduğu haqda sual verildiyi zaman, belə demişdi: \"Tərk edilən məselə həzrət Əli ibn Əbu Talibin (ə) vilayətidir.” Ona deyiləndə ki, \"həzrət Əlinin (ə) vilayəti digər dörd əməllə birlikdə vacibdirmi?” \"Bəli!” söyləyərək cavab vermişdi. Aşağıda adları çəkilən səhabələr həzrət Əlinin (ə) şiələrindəndir: Əbuzər Qəffari, Əmmar ibn Yasir, Hüzeyfə ibn Yəman, Ziş- Şəhadətəyn Hüzeymət ibn Sabit, Əbu Əyyub Ənsari, Xalid ibn Seid ibn As və Qeys ibn Seid ibn Übadə.” (\"Xututul-Şam”, c.5, səh.251) O, sözlərinə davam edərək belədeyir: \"Bəzi yazıçıların şiəlik və şiə məzhəbini Abdullah ibn Səba (İbn Səvda kimi de tanınır) kimi bir şəxsin bidətləri əsasında yarandığını deməsi, həqiqətdə,onların şiəlik və şiə məzhəbinin həqiqətləri barədə az məlumata malik olması və düşüncələrinin təxəyyüldən ibarət olduğunu göstərir. Əgər kimsə şiə alimlərinin Abdullah ibn Səbaya nisbətdə məzəmmət və tənqidləri barədə məlumat əldə etmiş olsa,onda, şiəliyin ona nisbət verilməsinin nə dərəcədə yanlış olmasını asanlıqla başa düşəcək.Şübhəzis, Hicazda şiəliyin yaranması həzrət Əlinin (ə) adı ilə bağlıdır və ona nisbət verilməlidir.” (\"Xututuş-Şam”, c.5,səh. 251)

4. Doktor Sübhi Saleh yazır:
\"Peyğəmbər (s) zamanında da həzrət Əlinin (ə) ardıcıl və şiələri olan səhabələr var idi. Onlara misal olaraq Əbuzər Qəffarini, Miqdad ibn Əsvədi, Cabir ibn Abdullahı, Übeyy ibn Kəbi, Əbültüfeyl Amir ibn Vasiləni,Abbas ibn Əbdülmüttəlibi və onun bütün övladlarını, Əmmar Yasir ve Əbu Əyyub Ənsarini göstərmək olar.” (\"Ən-Nəzmul-islamiyyə”, səh. 96)

5. Məhəmməd Abdullah Ənnan deyir:
\"Şiənin ilk dəfə xəvariclərin ayrılması zamanı yaranmasını söyləmək səhv və yanlışdır,əksinə şiəlik \"Şuəra” surəsinin 214-cü ayəsinə uyğun olaraq Peyğəmbər (s) zamanında və o həzrətə qohum-əqrabasını ilahi əzabla qorxutmaqla bağlı göstəriş verildiyi vaxtda meydana çıxmışdır. Ayəyə uyğun olaraq o həzrət evində qonaqlıq verərək yaxınlarını ora dəvət etmiş və sonra həzrət Əliyə (ə) işarə və xitab edərək buyurmuşdur ki, o, mənim qardaşım, vəsim, sizin aranızda canişin və xəlifəmdir. Onun söylədiklərinə qulaq asın və ona itaət edin.” (\"Ruhut-təşəyyo”,səh. 20; Əli Əsğər Rizvani, \"Difa əz Təşəyyo ve pasox be şobehat”, səh. 74)/ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter