İLAHİ VƏDƏLƏRƏ Yəqin əhli olmaq, insana hansı nemətləri gətirir?
Yəqin – imanın ən üstün kamal dərəcəsi və ən üstün insani fəzilətdir. O kəs ki, yəqin qalasına çatar, başqa kamal və fəzilətləri əldə etmək onun üçün asan olar.
Yəqinin insan həyatına təsirləri vardır ki, onlarla tanış olaq:
1. Ruhi aramlıq. O kəs ki, yəqin sahibi olar – bir növ ruhi aramlığa malik olar. Həyatda baş verən müsibətlər onu nigaran etməz. Çünki bu müsibətlər onun nəzərində kiçik olar.
2. Səbir. Yəqinin insan həyatına təsirlərindən biri səbirli olmaqdır. İmam Əli (ə) buyurur: “Səbir – yəqinin səmərəsidir”.
3. İxlas. İmam Əli (ə) buyurur: “Yəqinin ən son dərəcəsi – ixlasdır”.
4. Zahidlik. İmam Əli (ə) buyurur: “Zahidlik – yəqinin səmərəsidir”.
5. Təvəkkül. İmam Əli (ə) buyurur: “Təvəkkül – yəqinin qüvvətinin nişanəsidir”.
6. Riza və təslim. İmam Əli (ə) buyurur: “Riza – yəqinin səmərəsidir”.
İmam Sadiq (ə) buyurur: “Məkruh qəzaya razı olmaq – yəqinin ən üstün dərəcəsinin nişanəsidir”.
7. İnfaqın asan olması. İmam Əli (ə) buyurur: “Sədəqə verərək, ruzi istəyin. Çünki o kəs ki, əvəzini almağa yəqinlik edər – bağışlamaqda səxavətli olar”./Deyerler.