BİRİNCİ İLAHİ PEYĞƏMBƏRDƏ OLAN Həzrət Adəm (ə) hansı dində idi?


Müqəddəs Quranın buyurduğuna görə, Yer üzərində ilk din Həzrəti Nuhun (ə) gətirdiyi din olmuşdur. Bu zaman belə sual yaranır ki, bəs Həzrət Adəmdən (ə) Nuha (ə) qədər yer üzərində hansı din mövcud olmuşdur?



Əllamə Təbatəbai Həzrət Adəmlə (ə) bağlı üç suala cavab vermişdir ki, bu sual və cavablarla tanış olaq:



Sual: Həzrət Adəmin (ə) dini nə olmuşdur?

Cavab: Din və şəriət Nuhun (ə) zamanından başlamışdır. Belə ki, bu ayə buyurur: “(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız.

Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) – onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tövhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir”. (“Şura” 13).



Bu ayə buyurur ki, Həzrət Muhəmmədin (s) dini bütün keçmiş dinlərdən daha kamil dindir. Bu bəşərə din gətirən peyğəmbərlər – Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmməd (s) olmuşdur. Bu ayə demək istəyir ki, Nuhdan (ə) əvvəl heç bir din olmamışdır. Bu ayənin buyurduğuna görə, bəşər üçün ilk dini Nuh (ə) gətirmişdir.



Sual: Bəs insanlar Həzrət Nuhdan (ə) əvvəl hansı dində olmuşdular?

Cavab: Həzrət Adəmin (ə) zamanından Nuha (ə) qədər insanların həyatı çox sadə olmuşdur. Onların əqidəsində və etiqadında tövhid durmuşdur və onlar bir məzhəbdə qərar tutmuşdular.



Sual: Bəs Həzrət Adəmin (ə) dini hansı din olmuşdur?

Cavab: Ümumi əqidəyə malik olmuşdur./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter